Bank Of Baku

Azərbaycan hökuməti Amerika Yayım Şurası və BBC-nin təkliflərini yaxın vaxtlarda cavablandıracaq

Azərbaycan hökuməti Amerika Yayım Şurası və BBC-nin təkliflərini yaxın vaxtlarda cavablandıracaq
# 19 fevral 2009 13:43 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Azərbaycan dövlətinə həm Amerika Yayım Şurası, həm də BBC korporasiyası tərəfindən xarici radiostansiyalarla bağlı təkliflər daxil olub. Hazırda bu təkliflər Milli Teleradio Şurası və əlaqədar hökumət qurumları tərəfindən dəyərləndirilir”. APA-nın məlumatına görə, bu sözləri Prezidentin İcra Aparatı İctimai siyasi şöbəsinin müdiri Əli Həsənov deyib. Şöbə müdiri bildirib ki, yaxın vaxtlarda bu tipli hökumətlərarası sazişin mümkün olub-olmaması ilə bağlı qarşı tərəfə məlumat veriləcək: “Əgər hökumətlərarası saziş mümkün olsa, bundan sonrakı addımlar barədə düşünüləcək. Mümkün olmasa, digər yollar aranacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR