Bank Of Baku

Mətbuat Şurası cəmiyyətin informasiya tələbatını müəyyənləşdirmək məqsədilə sorğu keçirib

Mətbuat Şurası cəmiyyətin informasiya tələbatını müəyyənləşdirmək məqsədilə sorğu keçirib
# 20 fevral 2009 14:10 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Mətbuat Şurası (MŞ) cəmiyyətin informasiya tələbatını müəyyənləşdirmək məqsədilə sorğu keçirib. MŞ-dan APA-ya verilən məlumata görə, əhalinin müxtəlif təbəqələri arasında keçirilən sorğuda 1000 respondentin fikri öyrənilib. “Azərbaycanda ictimai rəyin formalaşmasına təsir göstərən media vasitələrindən hansının fəaliyyətini daha yüksək qiymətləndirirsiniz” sualına cavablarında rəyi soruşulanların 69 faizi televiziyaların, 19 faizi yazılı KİV-in, xüsusən də qəzetlərin, 8,3 faizi radioların, 3,7 faizi internet resurslarının fəaliyyətini daha yüksək qiymətləndirib. .
Rəyi soruşulanların 56,4 faizi televiziyaların, 33,6 faizi yazılı KİV-lərin, 5.2 faizi radioların, 4.8 faizi isə internet resurslarının onların informasiyaya olan tələbatını ödədiklərini bildirirlər. Televiziyalara daha çox önəm verən respondentlərin 29,5 faizi xəbərlər proqramlarının, 23,7 faiz müxtəlif analitik proqramların, 37,2 faizi şou və əyləncə xarakterli verilişlərin, 9,6 faiz isə yayımlanan digər proqramların informasiyaya olan tələbatlarını ödədiyini bildirib. Yazılı KİV-lərə üstünlük verən respondentlərin 55,8 faizi qəzetlərdə dərc edilən ictimai-siyasi, sosial-iqtisadi məzmunlu məlumatları, 29,3 faizi analitik şərhləri, 11,3 faizi yazılı şou və əyləncə xarakterli məlumatları, 3,6 faizi digər mövzulu materialları oxuduqlarını bildirib. Radiolara üstünlük verən respondentlərin 19,3 faizi xəbərlər proqramlarının, 15,7 faizi ictimai-siyasi məzmunlu proqramların, 57,1 faizi şou və əyləncə xarakterli verilişlərin, 7.9 faizi digər mövzulu proqramların informasiyaya olan tələbatını ödədiyini deyib. İnternet resurslarına önəm verən respondentlərin 22,6 faizi ictimai-siyasi məzmunlu xəbərləri, 54,9 faizi ölkədən kənarda baş verən hadisələr barədə xəbərləri, 16,1 faizi şou və əyləncə xarakterli informasiyaları, 6,4 faizi digər mövzulu məlumatların informasiyaya olan tələbatlarını daha çox ödədiyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR