Bank Of Baku

Türkiyəli jurnalistlər Azərbaycanın Ermənistanla həmsərhəd kəndlərinə səfər edəcəklər

Türkiyəli jurnalistlər Azərbaycanın Ermənistanla həmsərhəd kəndlərinə səfər edəcəklər
# 21 fevral 2009 09:58 (UTC +04:00)
Q. Paşayeva APA-ya açıqlamasında bildirib ki, qonaqlar Tovuzun Ermənistanla sərhəddə yerləşən kəndlərində də olacaqlar. Türkiyəli jurnalistlərə Ermənistanın atəşkəs rejimini tez-tez pozması, dinc sakinləri, evləri atəşə tutması, sərhəddə yerləşən qəbiristanlığı yandırması, orada yerləşən mədəni tarixi abidələri dağıtması barədə məlumat veriləcək. Qonaqlar sərhəd kəndlərinin sakinləri ilə də görüşəcəklər. Q. Paşayeva vurğulayıb ki, Türkiyə jurnalistlərinin səfərində əsas məqsəd Türkiyə KİV-ində Xocalı soyqırımı, Ermənistanın Azərbaycan ərazilərini işğalı, törətdikləri cinayətlərlə bağlı daha ətraflı məlumat verməkdir. Millət vəkili deyib ki, jurnalistlər Tovuzla yanaşı, Qazaxın işğal olunmuş yeddi kəndində də ermənilərin törətdikləri vandalizmləri müşahidə edəcəklər. Gəncə şəhəri ilə tanışlığın da nəzərdə tutulduğunu qeyd edən millət vəkilinin sözlərinə görə, hər üç bölgənin timsalında türkiyəli jurnalistlərə Azərbaycanın bölgələrinin potensialı, görülən işlər, inkişaf göstəriləcək.

“Zaman-Azərbaycan” qəzetinin baş redaktoru Enes Cansevər isə APA-ya bildirib ki, son vaxtlar Türkiyə ilə Azərbaycan arasında əlaqələrlə bağlı Azərbaycan mətbuatında narahatlıqlar görünməkdədir. Eyni narahatlıqların Azərbaycan rəsmilərinin çıxışlarında da ifadə olunduğunu xatırladan E. Cansevər qeyd edib ki, səfərdə məqsəd Xocalı faciəsinin ildönümü ərəfəsində Qarabağ problemini Türkiyənin ictimaiyyətinə daha yaxından çatdırmaqdır: “Məqsədimiz və hədəfimiz erməni təcavüzü ilə üzləşən insanlarla görüşmək, Qarabağ məsələsini və Ermənistanın təcavüzünü Türkiyənin ictimai şüuruna daşımaqdır”.

E. Cansevərin sözlərinə görə, səfərdə “Zaman”, “Yeni Şafaq”, “Kanal 7”, “Aksion”, “Bu gün”, “Star” kimi mətbuat orqanlarının nümayəndələri iştirak edəcək.

Qeyd edək ki, türkiyəli jurnalistlər Tovuza sabah gedəcəklər. Fevralın 23-də isə onlar “Çağ” Öyrətim İşlətmələri şirkətinin keçirdiyi “Ana dilimizi sevək sevdirək”, “VII beynəlxalq Türkcə olimpiadaları - Azərbaycan” adlı iki müsabiqənin finalında da iştirak edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR