Bank Of Baku

“Media FM” radiosunun yeni verilişlərinin təqdimatı keçirilib

“Media FM” radiosunun yeni verilişlərinin təqdimatı keçirilib
# 21 fevral 2009 11:39 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Bu gün fevralın 10-dan yayıma başlayan “Media FM” radiostansiyanın yeni verilişlərinin təqdimatı keçirilib. APA-nın xəbərinə görə, təqdimat mərasimində çıxış edən “Media FM”-in icraçı direktoru Tural Əliyev bildirib ki, yayımın ilk mərhələsində efirə “Bizlikdir”, “Sosial” verilişləri, “Açıq səsvermə” siyasi tok-şousu, gənclər üçün “Atti-Mattii” radio şousu, “Böyük-böyük” adlı uşaq verilişi efirə çıxacaq.
İcraçı direktor deyib ki, radiostansiya səhər saat 10.00-dan axşam saat 18.00-ə qədər 9 xəbər bloku yayımlayır. T. Əliyevin sözlərinə görə, “Media FM”-in qısa müddətli planlarında efirə yeni aparıcılar cəlb etmək, o cümlədən verilişlərin sayını artırmaq daxildir.
İcraçı direktor radiostansiyanın dinləyiciləri üçün jurnal buraxılacağını, yayımın əhatə dairəsinin genişlənəcəyini, “Media FM”-in veb-saytının fəaliyyətə başlayacağını deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR