Bank Of Baku

Türkiyəli jurnalistlər Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovla görüşüblər

Türkiyəli jurnalistlər Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovla görüşüblər
# 23 fevral 2009 13:59 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. Bu gün Azərbaycanda səfərdə olan Türkiyənin nüfuzlu media qurumlarının təmsilçilərindən ibarət nümayəndə heyəti Azərbaycan Mətbuat Şurasının sədri (MŞ) Əflatun Amaşovla görüşüblər. MŞ-dan APA-ya daxil olan məlumata görə, görüşdə Türkiyə-Azərbaycan münasibətlərinin mediada işıqlandırılması müzakirə olunub. Ə. Amaşov Azərbaycan mediasının Türkiyənin xarici siyasətində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məqamları narahatçılıqla izlədiyini deyib: “Hər iki ölkə xalqları arasındakı münasibətlər o dərəcədə möhkəmdir ki, heç bir qüvvə onu sarsıtmaq iqtidarında deyil. Bununla belə, düşündürücü məqamlar da var. Bir sıra məsələlərə, o cümlədən Dağlıq Qarabağ probleminin Türkiyənin xarici siyasətindəki önəminə aydınlıq gətirilməsi vacibdir. Azərbaycan mediasının fəallığı da bundan qaynaqlanır”.
Qonaqlar məsəlinin Türkiyə mediasında həssaslıqla izləndiyini bildiriblər. “Zaman Azərbaycan” qəzetinin baş redaktoru Enes Cansevər səfərdə məqsədin Xocalı faciəsinin 17-ci ildönümünün Türkiyə ictimaiyyətinə daha yaxından çatdırmaq olduğunu deyib. Türkiyəli jurnalistlər Azərbaycana səfərləri çərçivəsində cəbhə xəttinin Tovuz rayonunda yerləşən hissələrinə baş çəkdiklərini, yerli sakinlərin vəziyyətləri ilə maraqlandıqlarını vurğulayıblar.
Qeyd edək ki, Türkiyəli jurnalistlərin ölkəmizə səfəri “Zaman Azərbaycan” qəzetinin təşkilatçılığı ilə reallaşıb. Nümayəndə heyətinin tərkibinə “Xəbər 7” telekanalının baş redaktoru Ünal Tanılı, “Zaman” qəzetinin yazarı Fikri Türkel, “Bu gün” qəzetinin köşə yazarı Nuh Könültaş, “Aksiyon” həftəlik dərgisinin əməkdaşı Tuncer Çetinkaya və digər jurnalistlər daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR