Bank Of Baku

TRT-nin Bakı təmsilçiliyi “Hocalı katliamı” adlı sənədli film hazırlayıb

TRT-nin Bakı təmsilçiliyi “Hocalı katliamı” adlı sənədli film hazırlayıb
# 25 fevral 2009 12:59 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Türkiyə Radio Televiziya Qurumunun (TRT) Bakı təmsilçiliyi Xocalı soyqırımının 17-ci ildönümü münasibətilə “Hocalı katliamı” adlı iki hissəli sənədli film və “Hayat akarkən” adlı proqram hazırlayıb. APA-nın məlumatına görə, Türkiyənin Azərbaycandakı səfirliyində sənədli filmə baxış keçirilib. Səfir Hulusi Kılıç çıxışında son 200 ildə azərbaycanlıların 6 dəfə öz torpaqlarından qovulduğunu, dəvələrlə soyqırımlara məruz qaldığını deyib. O bildirib ki, dünya dövlətləri 1918-ci ildə baş vermiş soyqırıma və Xocalıya baxaraq tarixə qiymət verməlidir. H. Kılıç son vaxtlar Türkiyənin Azərbaycanla bağlı siyasətinin dəyişməsi ilə bağlı səslənən fikirlərə də aydınlıq gətirib: “Türk milləti hər zaman birlik içində olub. Türkiyənin Azərbaycana yönəlik siyasətində dəyişiklik etməsi ilə bağlı deyilənlərin heç bir əsası yoxdur. Qarabağ bizim ortaq problemimizdir”.

Diplomatın çıxışından sonra “Hocalı katliamı” sənədli filmi nümayiş olunub. Filmdə Xocalı faciəsinin dəhşətlərini özündə əks etdirən videogörüntülər, hadisənin canlı şahidlərinin fikirləri öz əksini tapıb. Film 3 gün ardıcıl olaraq TRT-də yayımlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR