Bank Of Baku

"Women’s Media Watch" qadın jurnalistlər üçün tədbir keçirəcək

"Women’s Media Watch" qadın jurnalistlər üçün tədbir keçirəcək
# 02 mart 2009 14:05 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. "Women’s Media Watch" (WMW) Azərbaycan Qadın Jurnalistlər Birliyi martın 7-də “Hyatt Park” otelində 8 Mart - Beynəlxalq Qadınlar gününə həsr olunmuş tədbir keçirəcək. WMW-dan APA-ya verilən məlumata görə, tədbirdə BMT-nin Azərbaycandakı missiyasının rəhbəri Bruno Pueza, ATƏT-in Bakı Ofisinin təmsilçisi Aleksi Şahtaxtinski, Avropa Şurası baş katibinin Azərbaycandakı nümayəndəsi Veronika Kotek, qadın səfirlər Kürolayn Braun (Böyük Briyaniya) və Ann Dersi( ABŞ) çıxış edəcəklər.

Azərbaycanın dövlət və ictimai xadimləri, qadın liderlər və mətbuat nümayəndələrinin də qatılacağı tədbir tanınmış sənətçilərin ifası ilə davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR