Bank Of Baku

“Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlinin 4-cü ildönümü ilə bağlı məzarı ziyarət olunub

“Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlinin 4-cü ildönümü ilə bağlı məzarı ziyarət olunub
# 02 mart 2009 14:19 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. Bu gün “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlə yetirilməsindən 4 il ötür. APA-nın xəbərinə görə, bu münasibətlə ikinci Fəxri Xiyabanda Elmar Hüseynovun məzarı ziyarət olunub. Ziyarətçilər arasında KİV nümayəndələri, Mətbuat Şurasının üzvləri, siyasi partiyaların rəhbərləri, millət vəkilləri, diplomatik korpus təmsilçiləri də olub.
Elmar Hüseynovun atası Sabir Hüseynov çıxışında oğlunu qətlinin açılmamasından narahat olduğunu bildirib. Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, hüquq müdafiəçisi Leyla Yunus Elmar Hüseynovun qatillərinin tapılmasını, cəzalandırılmasını tələb etdiklərini deyiblər.
Mərhumun ruhuna dualar oxunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR