Bank Of Baku

Məhkəmə İctimai Televiziyaya qarşı qaldırılan iddianı əsassız sayıb

Məhkəmə İctimai Televiziyaya qarşı qaldırılan iddianı əsassız sayıb
# 03 mart 2009 10:02 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bu gün Bakı 1 saylı Yerli İqtisad Məhkəməsində "Azərbaycanfilm" Kinostudiyası və Professional Kinorejissorlar Gildiyasının İctimai Televiziya və Radio Yayımları Şirkətinə (İTV) qarşı qaldırdığı iddia və İTV-nin qarşılıqlı iddiası üzrə keçirilən prosesdə qərar elan olunub.
İTV-nin İctimaiyyətlə əlaqələr və monitorinq şöbəsindən APA-ya verilən məlumata görə, məhkəmə "Azərbaycanfilm" Kinostudiyası və Professional Kinorejissorlar Gildiyasının qaldırdığı iddianı əsassız hesab edərək rədd edib.
İctimai Teleradionun "Azərbaycanfilm" Kinostudiyası və Professional Kinorejissorlar Gildiyasına qarşı qaldırdığı qarşılıqlı iddia isə təmin olunub. Məhkəmənin çıxardığı qətnamə ilə "Azərbaycanfilm" Kinostudiyası və Professional Kinorejissorlar Gildiyasının üzərinə İTV ilə Azərbaycan filmlərinin yayımı, qonorarın həcmi və hesablanmasını tənzimləyən qanuna müvafiq müqavilənin imzalanmasına dair öhdəlik qoyulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR