Bank Of Baku

“Azadlıq” radiosunun saytının wap versiyası fəaliyyətə başlayıb

“Azadlıq” radiosunun saytının wap versiyası fəaliyyətə başlayıb
# 03 mart 2009 16:10 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bu gündən “Azadlıq” radiosunun verilişlərini mobil telefonlar vasitəsilə də oxumaq mümkündür. Bu barədə APA-ya radionun Bakı bürosunun rəhbəri Xədicə İsmayılova bildirib. Onun sözlərinə görə, “Azadlıq” radiosu öz saytının yeni wap versiyasını işə salıb. Beləliklə də internetə çıxışı olan istənilən mobil telefon vasitəsilə radionun verilişlərini dinləmək mümkündür. X. İsmayılova qeyd edib ki, sayta giriş pulsuzdur. Ancaq mobil operator istifadə edilən məlumatın həcmindən asılı olaraq pul tuta bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR