Bank Of Baku

“Oxu məni” qəzetinin redaksiyası vergi borcunu ödəyəcəyinə söz verib

“Oxu məni” qəzetinin redaksiyası vergi borcunu ödəyəcəyinə söz verib
# 04 mart 2009 11:09 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. “Oxu məni” qəzetinin redaksiyası Bakı şəhər Vergilər Departamentinə olan borcunu tezliklə ödəyəcəyinə söz verib. APA-nın məlumatına görə, bu gün 1 saylı Bakı Yerli İqtisad Məhkəməsində Bakı şəhər Vergilər Departamentinin 2 saylı filialının “Oxu məni” qəzetinin redaksiyasına qarşı qaldırdığı iddia əsasında məhkəmə prosesi keçirilib. Hakim Tahirə Əsədovanın sədrliyi ilə keçirilən prosesdə cavabdeh tərəf Deraptamentə olan 1084 manat borcunu qısa zaman ərzində ödəyəcəyinə söz verib. Proses qeyri-müəyyən müddətədək təxirə salınıb.

Qeyd edək ki, “Oxu məni” qəzetinin 2008-ci il noyabr ayına qədər 1084 manat 5 qəpik borcu yaranıb. Bakı şəhər Vergilər Departamentinin 2 saylı filialını yaranmış borcu ödəmədiyi üçün qəzetin redaksiyanın əmlakını siyahıya alıb. Hazırda Departament redaksiyanın ümumilikdə 1530 manat dəyərində olan əmlakının hərraca çıxarılaraq satılmasını və borcunu ödəməsini tələb edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR