Bank Of Baku

İTV Yayım Şurasında səlahiyyət müddəti bitmiş üzvlərin seçimi keçirilir

İTV Yayım Şurasında səlahiyyət müddəti bitmiş üzvlərin seçimi keçirilir
# 04 mart 2009 14:38 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Milli Televiziya və Radio Şurasında (MTRŞ) İctimai Televiziyanın (İTV) Yayım Şurasına səlahiyyət müddəti bitmiş üzvlərin yenidən seçilməsi üçün iclaslar keçirilir. MTRŞ-dan APA-ya verilən məlumata görə, Sahibkarlar Şurası, qadın təşkilatları və gənclər təşkilatlarından Yayım Şurasında təmsil olunan üzvlərin səlahiyyət müddəti bitib. Bu gün Sahibkarlar Şurası İctimai Yayım Şurasına öz namizədlərini təqdim edib. Sabah gənclər təşkilatları, birisi gün isə qadın təşkilatları Yayım Şurasına öz namizədlərini təqdim edəcəklər. MTRŞ üzvlərinin iştirakı ilə hər ictimai qurumdan Yayım Şurasında təmsil olunmaq üçün iki namizəd seçiləcək. Seçilmiş namizədlərin siyahısı təsdiqlənmək üçün Milli Məclisə göndəriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR