Bank Of Baku

Bakıdakı Rusiya Mədəniyyət və İnformasiya Mərkəzində yaradılmış mətbuat klubunun təqdimatı keçirilib

Bakıdakı Rusiya Mədəniyyət və İnformasiya Mərkəzində yaradılmış mətbuat klubunun təqdimatı keçirilib
# 04 mart 2009 14:54 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Bakıdakı Rusiya Mədəniyyət və İnformasiya Mərkəzində yaradılmış mətbuat klubunun təqdimatı keçirilib. APA-nın məlumatına görə, mərkəzin rəhbəri, Rusiyanın MDB, Xaricdə Yaşayan Soydaşlar və Beynəlxalq Humanitar Əməkdaşlıq üzrə Federal Agentliyinin (Rossotrudniçestvo) Azərbaycandakı nümayəndəsi Ənvər Şeyxov deyib ki, “Rossotrudniçestvo” 2001-2008-ci illərdə fəaliyyət göstərmiş “Roszarubejsentr”in hüquqi varisidir. O bildirib ki, konfrans zalı, sərgi-konsert zalı, kitabxana və rus dili kabinetinin olduğu mərkəzdə müxtəlif kurslar, o cümlədən Azərbaycan və rus dilinin öyrənilməsi kursları fəaliyyət göstərəcək.

Mərkəzin mətbuat katibi Marina Mürsəlova isə mətbuat klubunun vəzifə və məqsədləri barədə danışıb. O, klubun geniş kütləni Rusiya haqqında obyektiv və pozitiv informasiya ilə təmin edəcəyini, Azərbaycanla Rusiya arasında informasiya əməkdaşlığının inkişafına şərait yaradacağını, Rusiya tərəfindən xüsusən də humanitar sahədə həyata keçirilən aksiyalara informasiya dəstəyi verəcəyini söyləyib. Klubda Azərbaycan və Rusiyanın rəsmi və işgüzar elitasının nümayəndələri ilə görüşlər də təşkil olunacaq.

Qeyd edək ki, martın 12-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov və “Rossotrudniçestvo”nun rəhbəri Fərid Muxametşinin iştirakı ilə mərkəzin rəsmi açılış mərasimi keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR