Bank Of Baku

Referendumla bağlı Mətbuat Şurasında “qaynar xətt yaradılacaq”

Referendumla bağlı Mətbuat Şurasında “qaynar xətt yaradılacaq”
# 05 mart 2009 10:39 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycanda martın 18-də keçiriləcək referendumla bağlı Mətbuat Şurasında (MŞ) qaynar xətt yaradılacaq. Bu barədə APA-ya açıqlamasında MŞ sədri Əflatun Amaşov bildirib. Şura sədri deyib ki, rəhbərlik etdiyi qurumda bütün seçkilərdə qaynar xətt yaradılır, seçki məntəqələrində monitorinqlər keçirilir, jurnalistlərə yaradılan iş şəraiti, onlara qarşı təzyiqlərin olub-olmaması öyrənilir. Ə. Amaşovun sözlərinə görə, martın 18-də keçiriləcək referendumla bağlı da həmin tədbirlər görüləcək, jurnalistlərin maneəsiz iş şəraitinin təmin olunmasına çalışılacaq: “Bizim monitorinq qrupunun üzvləri seçki məntəqələrini gəzərək mətbuat nümayəndələrinə yaradılan iş şəraiti ilə tanış olacaqlar. Hər hansı jurnalistə təzyiq olarsa belə faktlar operativ araşdırılacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR