Bank Of Baku

Gənclər təşkilatları İTV Yayım Şurasına üzvlüyə namizədlərini irəli sürüblər

Gənclər təşkilatları İTV Yayım Şurasına üzvlüyə namizədlərini irəli sürüblər
# 05 mart 2009 16:00 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bu gün Milli Televiziya və Radio Şurasında (MTRŞ) 40-a yaxın gənclər təşkilatın rəhbəri İctimai Televiziya və Radio Yayımları Şirkətinin (ITV) Yayım Şurasına üzvlüyə namizədlər seçiblər. Bu barədə APA-ya Gənclər Təşkilatları Milli Şurasının sədr müavini Heydər Atayev bildirib. Onun sözlərinə görə, iclasda iştirak edən təşkilat rəhbərləri Gənclər Təşkilatları Milli Şurasının sədri, millət vəkili Fuad Muradovun növbəti dəfə İTV-nin Yayım Şurasına üzvlüyə namizədliyini irəli sürüblər: “Gənclər təşkilatlarının rəhbərləri çıxış edərək qeyd ediblər ki, İTV ölkə gənclərinin problemlərinə və dünyaya inteqrasiyasına yaxından kömək edir. Bu da Fuad Muradovun Yayım Şurasındakı fəaliyyətinin nəticəsidir”.
F. Muradovla yanaşı, İTV Yayım Şurasına üzvlüyə Azərbaycan Gənclər Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucovun da namizədliyi irəli sürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR