Bank Of Baku

“Azərbaycan” radiosunda dövlət dilinin qorunması ilə bağlı qərarın pozulması məsələsi MTRŞ-də müzakirə olunacaq

“Azərbaycan” radiosunda dövlət dilinin qorunması ilə bağlı qərarın pozulması məsələsi MTRŞ-də müzakirə olunacaq
# 06 mart 2009 14:58 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. “Azərbaycan” radiosunun dövlət dilinin qorunması ilə bağlı Şuranın verdiyi qərarı pozması ilə bağlı Milli Teleradio Şurasına məlumatlar daxil olub. Bu barədə APA-ya Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli bildirib. Onun sözlərinə görə, Şuranın yaxın günlərdə keçiriləcək iclasında bu məsələ müzakirə olunacaq: ““Azərbaycan” radiosunda əvvəllər belə hallar yox idi. Sadəcə, onlar keçmiş ənənələrdən yaxa qurtara bilməyiblər. Ona görə də bizim bu məsələyə müdaxilə etməyimiz lazımdır”.

Şura sədri deyib ki, son vaxtlar telekanallarda şou proqramların sayı da əvvəlki dövrlərə nisbətən azalıb: “Artıq həm kanal sahibləri bu məsələyə diqqətlə yanaşır, həm də efirə çıxan şou-biznes nümayəndələri öz hərəkətlərinə fikir verirlər. Lakin bu proses hələ biz istədiyimiz səviyyədə deyil”.

N. Məhərrəmlinin sözlərinə görə, son vaxtlar telekanallarda “Reklam haqqında” qanunun pozulması halları da azalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR