Bank Of Baku

BBC Jurnalistika Kollecinin saytının Azərbaycan versiyası təqdim olunub

BBC Jurnalistika Kollecinin saytının Azərbaycan versiyası təqdim olunub
# 12 mart 2009 12:11 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA. BBC-nin Azərbaycan xidmətinin Londonda çalışan prodüsseri Könül Xəlilova müxtəlif universitetləri təmsil edən tələbələr üçün BBC-nin Azərbaycan xidmətinin internet səhifəsinin (http://www.bbc.co.uk/azeri/) və BBC Jurnalistika Kollecinin Azərbaycan dilində virtual məktəbinin təqdimatını keçirib. APA-nın xəbərinə görə, K. Xəlilova bildirib ki, virtual məktəb BBC Dünya Xidmətinin dil qaydalarının internetdə təqdim olunmasıdır və bunun üçün Azərbaycan dilində xüsusi internet səhifəsi (http://www.bbc.co.uk/azeri/news/story/2008/12/081211_bbclanguage.shtml) fəaliyyət göstərir. K. Xəlilova deyib ki, bu qaydalar BBC jurnalistlərinin uzun illər ərzində toplanmış təcrübəsi əsasında müəyyənləşdirilib və BBC indi bu təcrübəni dünya jurnalistləri ilə internet vasitəsilə bölüşür.

Qeyd edək ki, bu ilin sonunda BBC Azərbaycan xidmətinin Londonda efirə çıxmasının 15 ili tamam olur. BBC Azərbaycan Xidməti yayımlarına 1994-cü il noyabrın 30-da başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR