Bank Of Baku

Mətbuat Şurası «Mətbuatda peşə etikası norma və qanunlarının gözlənilməsi» layihəsi çərçivəsində KİV rəhbərləri ilə görüşlər keçirir

Mətbuat Şurası «Mətbuatda peşə etikası norma və qanunlarının gözlənilməsi» layihəsi çərçivəsində KİV rəhbərləri ilə görüşlər keçirir
# 12 mart 2009 14:18 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Mətbuat Şurasının (MŞ) monitorinq qrupu ABŞ-ın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən «Mətbuatda peşə etikası norma və qanunlarının gözlənilməsi» layihəsi çərçivəsində KİV rəhbərləri ilə görüşlər keçirir. MŞ-dan APA-ya verilən məlumata görə, monitorinq qrupunun üzvləri ötən bir ay ərzində “Bizim yol”, “Kaspi”, “Mövqe”, “Palitra”, “Yeni fikir”, “Azərbaycan”, “Ədalət”, “Xalq cəbhəsi”, “İki sahil”, “Bakı xəbər”, “Hürriyyət” qəzetlərinin redaksiyalarında olub, bəzi mətbu orqanlarının rəhbərlərini şuraya dəvət edib. Görüşlər zamanı sözügedən nəşrlərdə peşə davranışı prinsiplərinin pozulması halları müzakirə olunub. Qəzet təmsilçilərinə yol verilmiş pozuntuların konkret sayı barədə məlumat verilib. Qeyd edək ki, layihə çərçivəsində qəzet, jurnal, informasiya agentlikləri və xəbər portalları da daxil olmaqla ölkədə müntəzəm yayımlanan 60-dan artıq kütləvi informasiya vasitəsinin monitorinqi aparılır. Monitorinq zamanı məlumatların dəqiqlik, qərəzsizlik dərəcələrinə, KİV-lərin informasiya mənbəyinə münasibətlərinə, o cümlədən şərəf və ləyaqətin qorunması, şəxsi həyatın toxunulmazlığı, balans və digər prinsiplərə riayət olunması səviyyələrinə daha çox diqqət yetirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR