Bank Of Baku

Azərbaycan Mətbuat Şurası “reket” qəzetlərin yeni siyahısını hazırlayıb

Azərbaycan Mətbuat Şurası “reket” qəzetlərin yeni siyahısını hazırlayıb
# 13 mart 2009 11:41 (UTC +04:00)
Onun sözlərinə görə, artıq Şuranın katibliyi və şikayətlər üzrə komissiyası 30 “reket” qəzetin adını müəyyənləşdirib: “Lakin biz bu qəzetlərin fəaliyyətini dönə-dönə yoxlamalı, sonra siyahını elan etməliyik ki, qurunun oduna yaş da yanmasın. Şuranın bir müddət əvvəl “reket” elan etdiyi 36 qəzetin siyahısı isə bütün qurumlara göndərilib”.

Ə. Amaşov “Respublika qanunları”, “Dövlət qanunları” və “Qanun və gerçəklik” qəzetlərinin əməkdaşlarının “reketçilik”lə məşğul olduqlarına görə həbs olunmasına da münasibət bildirib: “Bu qəzetlər 2007-2008-ci illərdə qeydiyyatdan keçib və Mətbuat Şurasının üzvü deyil. Şuranın yalnız 180 üzvü var. “Respublika qanunları” qəzeti ilə bağlı ötən il bir qaçqının qadından Şuraya şikayət daxil olmuşdu. Mətbuat Şurası iddialıdır ki, ölkədə çıxan bütün yazılı informasiya vasitələrinə nəzarət etsin. Ona görə də biz ölkədəki mətbəələrdən məcburi nüsxələri göndərdikləri ünvanların siyahısına Mətbuat Şurasının da adının salınmasını xahiş etmişik. Bu yolla ölkədə çıxan qəzetlərin hər birinin necə fəaliyyət göstərdiyini bilmək istəyirik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR