Bank Of Baku

Dövlət orqanları və KİV arasında informasiya-kommunikasiya strategiyası hazırlanır

Dövlət orqanları və KİV arasında informasiya-kommunikasiya strategiyası hazırlanır
# 13 mart 2009 12:56 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Dövlət orqanları və KİV arasında informasiya-kommunikasiya strategiyası hazırlanır. APA-nın məlumatına görə, bunu Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib. O bildirib ki, ATƏT-in dəstəyi ilə hazırlanan strategiya Prezidentin İcra Aparatına təqdim olunub. Strategiyada rəsmi qurumların mətbuat xidmətlərinin KİV-lə iş bacarıqlarının yüksəldilməsi, dövlət orqanları - KİV münasibətlərinin tənzimlənməsi qaydaları göstərilib. Strategiyaya əsasən rəsmi qurumlar mətbuata informasiya verməkdən imtina etsələr, qanunla məsuliyyət daşıyacaqlar. Ə. Amaşov aprel ayından məmurların mətbuata necə informasiya verməsinin monitorinqini aparacaqlarını da açıqlayıb: “Ümumi suallar hazırlanaraq müxtəlif qəzetlərin jurnalistləri adından ayrı-ayrı dövlət qurumlarına göndəriləcək. Bu suallara verilən cavablar əsasında dövlət qurumlarının mətbuatla necə işlədiyi müəyyənləşdiriləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR