Bank Of Baku

Qafqaz Media Mərkəzinin “Reportyor sənətkarlığı” mövzusunda seminarı başa çatıb

Qafqaz Media Mərkəzinin  “Reportyor sənətkarlığı” mövzusunda seminarı başa çatıb
# 16 mart 2009 14:10 (UTC +04:00)
Bakı-APA. Qafqaz Media Mərkəzinin (QMM) regional televiziyaları təmsil edən jurnalistlər üçün təşkil etdiyi növbəti seminar başa çatıb. QMM-dən APA-ya verilən məlumata görə, “Reportyor sənətkarlığı” mövzusuna həsr edilmiş seminarda telejurnalistlərə reportyorluq və telejurnalistika mövzusunda nəzəri məşğələlər keçirilib. Seminarın ikinci bölümündə isə iştirakçılar seçdikləri mövzularda televiziya süjetləri hazırlayıblar.
Bu gün isə seminar iştirakçılarının hazırladığı 20-dən çox süjetə baxış keçirilib. Baxışda Asiya Dialoqu İctimai Birliyinin və Qafqaz Media Mərkəzinin rəhbəri Sevil Nuriyeva, TİKA Bakı proqram koordinatoru Abubəkir Çelik, müəllimlərdən Sabir Axundov və Aytən Əliyeva iştirak ediblər.
Süjetlərin təqdim edilməsindən sonra seminar iştirakçılarına sertifikatlar təqdim edilib.
Seminar iştirakçılarından xüsusi olaraq fərqlənənlər isə Türkiyənin TRT-1, Kanal D, SNN Türk və Kanal A kimi aparıcı telekanallarında praktika keçmək və əlavə təcrübə qazanmaq imkanı əldə ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR