Bank Of Baku

İTV Yayım Şurasına Sahibkarlar Şurası, gənclər təşkilatları və qadın cəmiyyətləri tərəfindən irəli sürülmüş namizədlərin siyahısı Milli Məclisə təqdim edilib

İTV Yayım Şurasına Sahibkarlar Şurası, gənclər təşkilatları və qadın cəmiyyətləri tərəfindən irəli sürülmüş namizədlərin siyahısı Milli Məclisə təqdim edilib
# 17 mart 2009 14:22 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. İctimai Televiziya və Radio Yayım Şurasına Sahibkarlar Şurası, gənclər təşkilatları və qadın cəmiyyətləri tərəfindən irəli sürülmüş namizədlərin siyahısı Milli Məclisə təqdim edilib. Bu barədə APA-ya Milli Televiziya və Radio Şurasından (MTRŞ) bildirilib. Məlumata görə, “İctimai televiziya və radio yayımı haqqında" Qanunun 17.4-cü maddəsinə uyğun olaraq İctimai Televiziya və Radio Yayım Şurasına Sahibkarlar Şurası, gənclər təşkilatları və qadın cəmiyyətləri tərəfindən irəli sürülmüş namizədlərin 4 illik səlahiyyət müddətinin başa çatması ilə əlaqədar yeni namizədlərin irəli sürülməsi ilə bağlı MTRŞ tərəfindən “Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə”nin 7.4-cü, "İctimai televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin fərmanının 3.1-ci bəndinə müvafiq olaraq təşkilati tədbirlər görülüb. Martın 5-də və 10-da keçirilən iclaslar nəticəsində Sahibkarlar Şurası tərəfindən Namiq Muradov ("Kaspel" şirkətinin direktoru), Emin Nəsibov ("Aykon" şirkətinin direktoru), gənclər təşkilatları tərəfindən Fuad Muradov (Tarixçi Tələbələrin Elmi Cəmiyyətinin sədri), İlqar Orucov (Azərbaycan Gənc Alim Aspirant və Magistrlər Cəmiyyəti), qadın cəmiyyətləri tərəfindən Zərifə Salahova (Azərbaycan qadınları Bakı Assosiasiyasının sədri), Mahirə Əmirhüseynova ("XXI əsrin qadınları" Cəmiyyətinin sədri), Gülarə Teymurova ("Dan" İctimai Birliyinin sədri) İctimai Televiziya və Radio Yayım Şurasına namizəd kimi seçilib.
Qeyd edək ki, Milli Məclis İctimai Televiziya və Radio Yayımı haqqında" Qanunun 17.6-cı və 17.2-ci maddələrinə əsasən İctimai Televiziya və Radio Yayım Şurasına irəli sürülmüş namizədlər arasından hər təşkilatdan bir nəfəri 6 il müddətinə təsdiq edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR