Bank Of Baku

Ermənistan və Azərbaycan jurnalistləri birgə sayt yaradacaq

Ermənistan və Azərbaycan jurnalistləri birgə sayt yaradacaq
# 29 mart 2009 14:14 (UTC +04:00)
APA-nın məlumatına görə, seminarın keçirilməsinə Böyük Britaniya Xarici İşlər Nazirliyi və USAİD maliyyə dəstəyi göstərib. Seminarda hər iki münaqişə tərəfindən 10 jurnalist iştirak edib. Azərbaycan tərəfdən seminarda “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev, “İnternews Azərbaycan” təşkilatının baş direktoru İlham Səfərov və digər jurnalistlər iştirak edib. Bu gün başa çatan seminarda jurnalistlərin qarşılıqlı düşmənçiliyin deyil, qarşılıqlı sülhün yarana bilməsi üçün göstərə biləcəkləri istiqamətlər, xidmətlər müzakirə olunub.

Seminarın yekun qərarına əsasən, hər iki münaqişə tərəfi müharibə qurbanlarının indiki durumu ilə bağlı film çəkəcək, Ermənistan və Azərbaycan jurnalistlərinin münaqişə ilə bağlı informasiyalarının yerləşdirilməsi üçün birgə sayt yaradılacaq, birgə qəzet məqalələri hazırlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR