Əflatun Amaşov: “Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması ilə Azərbaycan mətbuatının inkişafında yeni mərhələ başlayır”

Əflatun Amaşov: “Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması ilə Azərbaycan mətbuatının inkişafında yeni mərhələ başlayır”
# 03 aprel 2009 16:31 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması ilə Azərbaycan mətbuatının inkişafında yeni mərhələ başlayır”. Bu barədə APA-ya Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov prezident İlham Əliyevin “Azərbaycan Respublikası Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında bu gün imzaladığı fərmana münasibət bildirərkən deyib. Onun sözlərinə görə, keçid dövrünü yaşayan Azərbaycan mətbuatı indi ciddi qayğıya və dəstəyə möhtacdır: “Mətbuatın yaşadığı problemlər vətəndaşlarımızın görmək istədiyi mətbu vasitələrin formalaşması yönündə ciddi əngəldir. Yaranacaq fond mətbuatın problemlərinin həllində təkanverici qüvvə olacaq”.

MŞ sədri bu mühüm sənədi imzaladığına görə, Azərbaycan prezidentinə ölkə jurnalistləri adından təşəkkürünü bildirib.

Ə. Amaşov onu da deyib ki, fərmanda göstərildiyi kimi Mətbuat Şurası bir ay ərzində Fondun Müşahidə Şurasının üzvlüyünə namizədlərin seçilməsi ilə bağlı təklifləri Azərbaycan prezidentinə təqdim etməlidir. Bu məsələ Şuranın gələn həftə keçiriləcək iclasında müzakirə olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR