Nuşirəvan Məhərrəmli: “Dəyişiklərdə əsas məqsəd teleradio sahəsində vəziyyətin dünyada mövcud praktikaya uyğunlaşdırılmasıdır”
Onun sözlərinə görə, sözügedən dəyişikliklər MTRŞ tərəfindən iki il əvvəl təklif olunub: “Dəyişikliklər daha çox texniki xarakter daşıyır. Şura fəaliyyətə başlayandan sonra bəzi özəl regional televiziyalar kanallarını satmağa başladı. Hər hansı telekanalın təsisçisinin dəyişməsində, alğı-satqı həyata keçirməsində heç bir problem yoxdur, amma lisenziyanın sahibi olmaqda problem var. Elə olur ki, kanalın yeni sahibi olmuş şəxs bizə deyir ki, bu kanalın sahibidir, sənədlərini rəsmiləşdirək. Qanunvericilikdə isə “Telekanalların sahibi kimlər ola bilər?” sualına aydın cavablar var. Şəxsin ağır və xüsusilə ağır cinayətlərdə iştirakı, məhkumluğu ola bilməz. İctimai mənafe əleyhinə məhkumluğu olan, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən sübut olunan, Azərbaycan vətəndaşı olmayan, siyasi partiyalarla bağlılığı olan şəxslər telekanalın təsisçisi ola bilməz. Bütün bu şərtləri biz qabaqcadan yoxlamalıyıq”.
N. Məhərrəmli deyib ki, Qubada fəaliyyət göstərən “Xəyal” televiziya kanalı satılarkən Şura bu problemlə üzləşib. Daha sonra isə “Kəpəz” televiziyası alğı-satqı obyekti olub: “Ona görə də biz qərara gəldik ki, bu cür halların qarşısını almaq üçün tədbir görülməlidir. İndi isə qanunda dəqiqləşdirilmələr aparılıb. Kanalın təsisçisi olmaq istəyən şəxs Şuraya qabaqcadan bütün lazım olan tələblərlə bağlı arayış verməlidir”.
Qanunvericiliyin telekanalların reklamla əlaqədar fəaliyyətinə də aydınlıq gətirdiyini qeyd edən N. Məhərrəmlinin sözlərinə görə, qanuna əsasən, sutka ərzində telekanalların verilişlərinin 20 faizi reklama ayrılır. Bu isə bir saatın 12 dəqiqəsi deməkdir: “Bəzi kanallar elə bilir ki, əgər reklam 1 sutkanın 20 faizini əhatə etməlidirsə, 24 saatı həmin rəqəmə bölüb, 3 saat reklam yerləşdirmək olar. Bu reklamların əksəriyyətini axşam saatlarında, telekanallara daha çox baxılan vaxtlarda yerləşdirir, digər vaxtlarda isə az reklam verirdilər. İndi isə dəqiq göstərilir ki, hər saatda 12 dəqiqədən artıq reklam vermək olmaz”.
N. Məhərrəmlinin sözlərinə görə, qanuna peyk yayımı ilə bağlı yeni maddə də əlavə olunub: “Yeni dəyişikliyə əsasən, xarici ölkə kanallarının öz maşınları ilə birgə müəyyən ictimai-siyasi hadisələr, xarici ölkə rəhbərlərinin səfərləri, beynəlxalq idman yarışları zamanı müvəqqəti olaraq peyk vasitəsilə Azərbaycan ərazisindən canlı yayım təşkil etməsinə icazə verilir. Əvvəllər qanunvericilikdə bununla bağlı heç bir maddə yox idi”.
Şura sədrinin sözlərinə görə, bundan sonra kanallar bir tezlikdə eyni vaxtda iki proqram yayımlaya bilməzlər: “Kanal eyni vaxtda Bakıdan bir proqramla, Qusarda başqa proqramla çıxış edə bilməz. ANS kanalında belə hal olmuşdu. Onlar elə bilirlər ki, tezlik bunlarındısa, Bakıda bir proqram, başqa yerdə bir proqram yayımlaya bilərlər”.
Yeni dəyişikliklər əsasən, telekanallara Şura tərəfindən bir ildə ən azı üç dəfə xəbərdarlıq edilirsə, MTRŞ kanalın yayımının 1 ay ərzində müvəqqəti dayandırılması üçün məhkəməyə müraciət edə bilər: “Əvvəllər isə sanksiyanın konkret miqdarı göstərilmirdi. Kanala bir dəfə də sanksiya verilə bilərdi, 10 dəfə də. Kanalların fəaliyyəti məhkəmə qərarı ilə 1 ay müddətinə dayandırıla bilər. Əvvəlki qanunvericilikdə isə bu müddət 20 gün idi”.
N. Məhərrəmlinin sözlərinə görə, dəyişiklərdə əsas məqsəd teleradio sahəsindəki vəziyyətin dünyada mövcud olan praktikaya uyğunlaşdırılmasıdır.
Media
“IV Divar” serialı bu gündən etibarən AzTV-də! - VİDEO
MEDİA: “Nexta” kanalı Goranboyda baş vermiş yanğınla bağlı ictimai rəyi çaşdırmağa yönəlmiş məlumat yayıb
Azərbaycanlı jurnalistlər i24NEWS telekanalının redaksiyasını ziyarət ediblər - FOTO
Akko meri Albert Aqarunovun xatirəsinin əbədiləşdirilməsi haqqında sertifikatı qardaşına təqdim edib - FOTO
Xəbər Lenti
Britaniya kəşfiyyatı: Ukrayna müharibəsində 500 minə yaxın Rusiya hərbçisi ölüb
“Fənərbaxça” İsmail Kartalın komandanın baş məşqçisi postunda qaldığını açıqlayıb
Avropa Komissiyası Ukraynaya “Patriot” raketləri və PUA-lar üçün 6,1 milyard avro ayırıb
Rusiyada yol qəzası nəticəsində 12 nəfər ölüb
Misir Prezidenti Yaxın Şərqdə vəziyyətin sabitləşəcəyinə ümid edir
Yəmən ordusu Moha yaxınlığında husilərin mövqelərinə kütləvi hava zərbələri endirir
İsrail Qəzzada HAMAS-ın iki komandirini öldürdüyünü açıqlayıb
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb
Şuşada Meksikanın Müstəqillik Günü qeyd olunub - FOTO - VİDEO
Rusiyanın Dneprə hücumu nəticəsində 12 nəfər yaralanıb
Husilər Səudiyyə Ərəbistanının 9 hərbi təyyarəsini vurduqlarını iddia edirlər
“Sea Breeze 2026”nın ilk oyununda qalib bəlli olub
“Sea Breeze 2026”: Təmsilçimiz turnirə qələbə ilə başladı - YENİLƏNİB
Gürcüstanda vətənə xəyanətdə ittiham olunan müxalifət lideri saxlanılıb
“Neftçi” “İmişli”ni məğlub edib
Səfirlik: ABŞ-ın qlobal terrorizmə qarşı birgə mübarizəsinə verdiyi töhfələrə görə Azərbaycana minnətdarıq
Diplomatik korpusun nümayəndələri Şuşa şəhərində yaşayış komplekslərini ziyarət ediblər - FOTO
Husilər Yəməndə Qırmızı dənizin sahillərini tam nəzarətə götürüblər
Omanda Körfəz ölkələrinin iştirakı ilə regional toplantı keçiriləcək
Xarici diplomatlar Şuşa qala divarlarını ziyarət ediblər - FOTO
Dövlət şirkətlərinin bazardakı rəqabət prisnsiplərinə uyğunluğu qiymətləndiriləcək
Qırmızı qəsəbədə Roş ha-Şana bayramı qeyd olunur - FOTO
İsmail Kartalın istefası qəbul edilib
Xarici diplomatlar Şuşada Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin güllələnmiş büstlərini ziyarət ediblər - FOTO
FHN-in qurumları arasında səmti müəyyənetmə üzrə çempionata yekun vurulub
Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
Xarici diplomatlar Şuşada “Sadıqcanın evi”ni ziyarət ediblər - FOTO
MM komitə sədri: Çox zaman müəllimlər qız uşaqlarına deyir ki, nə üçün oxuyursan, tez ərə getməlisən
Xankəndidə regional məşğulluq ekosisteminin qurulması məsələləri müzakirə olunub
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
M9 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair Milli Fəaliyyət Planı təsdiq edilib
Fərid Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin sədri təyin edilib
TPAO: “Şahdəniz” Türkiyə və Avropanın qaz təhlükəsizliyinə mühüm töhfə verir
Diplomatik korpusun nümayəndələri Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər - FOTO
Xarici diplomatlar Cıdır düzündə olub - VİDEO
Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
Əhalinin yanacaq xərcləri bu il 4%-dən çox artıb
2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib
Baş prokuror Kamran Əliyev Qazaxıstana səfər edib
Xarici diplomatlar Şuşada tikilməkdə olan Yeni Şuşa məscidi ilə tanış olublar - FOTO
Obyekt almaq istəyənlər üçün Bakıda yeni seçimlər – hansı ərazilərdə?
Reabilitasiya mərkəzinin əməkdaşları üçün maarifləndirmə tədbiri keçirilib
2027-cı ilin büdcə zərfi Nazirlər Kabinetinə təqdim olunacaq
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verəcək
Kolleclərin boş qalan yerlərinə qəbulun nəticələri elan olunub
BOTAŞ və SOCAR qaz ticarəti üzrə mövcud sazişlərin müddətini uzatmaq üzərində işləyir
Rezidenturaya boş qalan plan yerlərinə qəbulun nəticələri elan edilib
Lukaşenko: Belarus ordunun döyüş hazırlığını yoxlayacaq