Azərbaycan KİV nümayəndələri türkiyəli həmkarlarına müraciət qəbul ediblər
Müraciətdə bildirilir ki, Türkiyə ilə Ermənistan arasında münasibətlərin qurulmasından əvvəl bu dövlətlər arasındakı sərhədlərin bağlı olması səbəblərinə, mövcud durumu zəruri edən amillərə, atılması planlaşdırılan addımın haqq-ədalət prinsiplərinə uyğunluğuna, nəhayət, eyni soykökə malik, dili, dini, mədəniyyəti, adət-ənənələri bir olan millətin məskunlaşdığı iki ölkə arasındakı münasibətlərə göstərəcəyi təsirə nəzər salınmalıdır: “Türkiyə Cümhuriyyəti 1993-cü ildə Ermənistanla sərhədlərini bağlayarkən yalnız bu ölkənin ona qarşı irəli sürdüyü ərazi və qondarma “soyqırımı” iddiasını əsas götürməmiş, eyni zamanda türk həmrəyliyinə, qardaşlığına böyük sədaqət və ehtiram əlaməti olaraq Azərbaycan ərazilərinin 20 faizinin işğal edilməsini, azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasəti həyata keçirildiyini ciddi səbəblər sırasında vurğulamışdı. Azərbaycan xalqı da eyni dəstək və doğmalıqla hər zaman Türkiyənin yanında olduğunu nümayiş etdirib. Azərbaycan ictimaiyyəti, dövlət və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, xaricdəki diaspora təşkilatlarımız Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasəti ilə yanaşı, Türkiyəyə qarşı “soyqırımı” və ərazi iddialarının ifşa olunması istiqamətində də məqsədyönlü fəaliyyət göstəriblər”.
Müraciəti imzalayanlar qeyd ediblər ki, işğalçı dövlətlə hərtərəfli əməkdaşlıqdan imtina, sərhədlərin bağlanması beynəlxalq aləmdə məqbul hesab edilən və təcrübədə özünü doğruldan siyasi vasitələrdəndir: “Biz bunun əlamətlərini Türkiyə-Ermənistan münasibətlərinin mövcud durumunda görür və yüksək qiymətləndiririk. Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarının qeyd-şərtsiz boşaldılması ilə bağlı Birləşmiş Millətlər Təşkilatının qətnamələrini yerinə yetirmir, Avropa Şurası, İslam Konfransı Təşkilatı və digər mötəbər beynəlxalq qurumların çağırışlarına məhəl qoymur, ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesində barışmaz mövqe nümayiş etdirir. Belə bir vəziyyətdə Türkiyənin Ermənistanla sərhədləri açması və hərtərəfli əlaqələr qurmasından yalnız Ermənistanın faydalanacağına şübhə qalmır. Əminik ki, bu addım Azərbaycanla Ermənistan arasındakı danışıqlar prosesinə mənfi təsir göstərəcək, Ermənistanın işğalçı siyasətinə bəraət qazandıracaq və onu yeni işğallara həvəsləndirəcəkdir. Digər tərəfdən, Türkiyə Ermənistanla əlaqələr qurduqdan sonra da ermənilərin Türkiyəyə qarşı ərazi iddiası ilə çıxış edəcəyi, erməni lobbisinin “soyqırımı”nı tanıtmaq cəhdlərindən əl çəkməyəcəyi şübhə doğurmur. Biz tarixin sərt məqamlarında türkiyəli həmkarlarımızın ədalətin müdafiəsinə qalxma cəsarətinə, yüksək peşəkarlığına, dəyanətinə və dönməzliyinə istinad edərək Sizi “bir milllət, iki dövlət» ideyasına zərbə vura biləcək təhlükənin qarşısının alınmasında yenə öncüllük göstərməyə səsləyirik. İnanırıq ki, sizin həmrəyliyiniz, əməli fəaliyyətiniz və qətiyyətiniz AKP iqtidarının Ermənistanla sərhədləri açmaq niyyətinin qarşısına keçilməz sədd çəkəcəkdir”. Müraciəti Azərbaycanın çox sayda kütləvi informasiya vasitələrinin əməkdaşları imzalayıb.
Media
“IV Divar” serialı bu gündən etibarən AzTV-də! - VİDEO
MEDİA: “Nexta” kanalı Goranboyda baş vermiş yanğınla bağlı ictimai rəyi çaşdırmağa yönəlmiş məlumat yayıb
Azərbaycanlı jurnalistlər i24NEWS telekanalının redaksiyasını ziyarət ediblər - FOTO
Akko meri Albert Aqarunovun xatirəsinin əbədiləşdirilməsi haqqında sertifikatı qardaşına təqdim edib - FOTO
Xəbər Lenti
Britaniya kəşfiyyatı: Ukrayna müharibəsində 500 minə yaxın Rusiya hərbçisi ölüb
“Fənərbaxça” İsmail Kartalın komandanın baş məşqçisi postunda qaldığını açıqlayıb
Avropa Komissiyası Ukraynaya “Patriot” raketləri və PUA-lar üçün 6,1 milyard avro ayırıb
Rusiyada yol qəzası nəticəsində 12 nəfər ölüb
Misir Prezidenti Yaxın Şərqdə vəziyyətin sabitləşəcəyinə ümid edir
Yəmən ordusu Moha yaxınlığında husilərin mövqelərinə kütləvi hava zərbələri endirir
İsrail Qəzzada HAMAS-ın iki komandirini öldürdüyünü açıqlayıb
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb
Şuşada Meksikanın Müstəqillik Günü qeyd olunub - FOTO - VİDEO
Rusiyanın Dneprə hücumu nəticəsində 12 nəfər yaralanıb
Husilər Səudiyyə Ərəbistanının 9 hərbi təyyarəsini vurduqlarını iddia edirlər
“Sea Breeze 2026”nın ilk oyununda qalib bəlli olub
“Sea Breeze 2026”: Təmsilçimiz turnirə qələbə ilə başladı - YENİLƏNİB
Gürcüstanda vətənə xəyanətdə ittiham olunan müxalifət lideri saxlanılıb
“Neftçi” “İmişli”ni məğlub edib
Səfirlik: ABŞ-ın qlobal terrorizmə qarşı birgə mübarizəsinə verdiyi töhfələrə görə Azərbaycana minnətdarıq
Diplomatik korpusun nümayəndələri Şuşa şəhərində yaşayış komplekslərini ziyarət ediblər - FOTO
Husilər Yəməndə Qırmızı dənizin sahillərini tam nəzarətə götürüblər
Omanda Körfəz ölkələrinin iştirakı ilə regional toplantı keçiriləcək
Xarici diplomatlar Şuşa qala divarlarını ziyarət ediblər - FOTO
Dövlət şirkətlərinin bazardakı rəqabət prisnsiplərinə uyğunluğu qiymətləndiriləcək
Qırmızı qəsəbədə Roş ha-Şana bayramı qeyd olunur - FOTO
İsmail Kartalın istefası qəbul edilib
Xarici diplomatlar Şuşada Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin güllələnmiş büstlərini ziyarət ediblər - FOTO
FHN-in qurumları arasında səmti müəyyənetmə üzrə çempionata yekun vurulub
Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
Xarici diplomatlar Şuşada “Sadıqcanın evi”ni ziyarət ediblər - FOTO
MM komitə sədri: Çox zaman müəllimlər qız uşaqlarına deyir ki, nə üçün oxuyursan, tez ərə getməlisən
Xankəndidə regional məşğulluq ekosisteminin qurulması məsələləri müzakirə olunub
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
M9 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair Milli Fəaliyyət Planı təsdiq edilib
Fərid Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin sədri təyin edilib
TPAO: “Şahdəniz” Türkiyə və Avropanın qaz təhlükəsizliyinə mühüm töhfə verir
Diplomatik korpusun nümayəndələri Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər - FOTO
Xarici diplomatlar Cıdır düzündə olub - VİDEO
Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
Əhalinin yanacaq xərcləri bu il 4%-dən çox artıb
2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib
Baş prokuror Kamran Əliyev Qazaxıstana səfər edib
Xarici diplomatlar Şuşada tikilməkdə olan Yeni Şuşa məscidi ilə tanış olublar - FOTO
Obyekt almaq istəyənlər üçün Bakıda yeni seçimlər – hansı ərazilərdə?
Reabilitasiya mərkəzinin əməkdaşları üçün maarifləndirmə tədbiri keçirilib
2027-cı ilin büdcə zərfi Nazirlər Kabinetinə təqdim olunacaq
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verəcək
Kolleclərin boş qalan yerlərinə qəbulun nəticələri elan olunub
BOTAŞ və SOCAR qaz ticarəti üzrə mövcud sazişlərin müddətini uzatmaq üzərində işləyir
Rezidenturaya boş qalan plan yerlərinə qəbulun nəticələri elan edilib
Lukaşenko: Belarus ordunun döyüş hazırlığını yoxlayacaq