Bank Of Baku

Mətbuat Şurası KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzlüyünə namizədlərlə bağlı məsləhətləşmələr aparır

Mətbuat Şurası KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzlüyünə namizədlərlə bağlı məsləhətləşmələr aparır
# 07 aprel 2009 12:59 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Azərbaycan Mətbuat Şurası Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzlüyünə namizədləri yaxın günlərdə təqdim edəcək. Bu barədə APA-ya Mətbuat Şurasının sədri Əflatun Amaşov məlumat verib. O bildirib ki, MŞ fondun Müşahidə Şurasının üzvlüyünə 9 KİV rəhbərini və 9 jurnalist təşkilatının rəhbərini namizəd göstərəcək: “Azərbaycan prezidenti təqdim olunan namizədlərin arasından 3 KİV rəhbərini və 3 jurnalist təşkilatının rəhbərini seçəcək. Ümumilikdə fondun Müşahidə Şurası 9 nəfərdən ibarət olacaq. Müşahidə Şurasının yerdə qalan 3 üzvü isə müvafiq dövlət qurumlarından seçiləcək”.

Ə. Amaşov Mətbuat Şurasında namizədlərlə bağlı məsləhətləşmələr aparıldığını açıqlayıb: “Fond tam formalaşdıqdan sonra ölkə prezidenti quruma icraçı direktor təyin edəcək. Bundan sonra fond özünün rəhbərliyini, fəaliyyət planını, KİV-lərə yardım qaydalarını hazırlayacaq”. Şura sədrinin sözlərinə görə, qanunvericilikdə MŞ üzvlərinin Müşahidə Şurasına seçilməsi ilə bağlı heç bir məhdudiyyət yoxdur: ”Fondun ümumi işlərinə Müşahidə Şurası, cari işlərinə icraçı direktor nəzarət edəcək. Bizim üzərimizə düşən missiya Müşahidə Şurasına üzvlüyə namizədləri Azərbaycan prezidentinə təqdim etməkdir. Fond fəaliyyətə başladıqdan sonra layihələrin qəbuluna başlanacaq. Dövlətdən maliyyələşən qəzetlərə, siyasi partiyaların, dini qurumların mətbuat orqanlarına, məhkəmələrə borclu olan KİV-lərə, qrantlar hesabına maliyyələşən mətbuat vasitələrinə, reklam xarakterli KİV-lərə, jurnalistlərin peşə-davranış qaydalarını mütəmadi pozan qəzetlərə yardımlar verilməyəcək”.

Qeyd edək ki, prezident İlham Əliyev aprelin 3-də Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında fərman imzalayıb. Fərmanda Azərbaycan Mətbuat Şurasına tövsiyə olunub ki, fondun Müşahidə Şurasının üzvlüyünə namizədlər barədə təkliflərini bir ay müddətində prezidentə təqdim etsin.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR