İTV-nin baş direktoru vəzifəsinə 3 nəfər namizədliyini irəli sürüb

İTV-nin baş direktoru vəzifəsinə 3 nəfər namizədliyini irəli sürüb
# 07 aprel 2009 16:15 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. İctimai Televiziya və Radio Yayımları Şurasının İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) baş direktoru vəzifəsini tutmaq üçün martın 31-dən aprelin 7-dək elan etdiyi müsabiqə başa çatıb. Yayım Şurasının rəhbəri Cahangir Məmmədlinin APA-ya verdiyi məlumata görə, müsabiqəyə 3 nəfər sənəd təqdim edib. Bunlar İTV-nin səlahiyyət müddəti başa çatmış baş direktoru İsmayıl Ömərov, ATV-nin xəbər redaktoru Bəhruz Məhərrəmov və İTV-də fəaliyyət göstərən “Carçı” telefilmin direktoru Azad Məmmədovdur. C. Məmmədlinin sözlərinə görə, seçim bu üç nəfərin arasında aparılacaq.
İTV-nin yeni baş direktorunun nə zaman seçiləcəyinə gəlincə C. Məmmədli deyib ki, hələlik Yayım Şurası sənədlərlə tanış olmalı, yalnız bundan sonra İTV-nin baş direktorunun seçim vaxtını elan etməlidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR