Azad Məmmədov: “İctimai Televiziya və Radio Yayımları Şirkətinin rəhbərləri bu kollektivin içindən seçilməlidir”
- Mənə elə gəlir ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinin rəhbərləri elə bu kollektivin içindən seçilməlidir. Çünki burada işləyən direktorlar, redaktorlar, rejissorlar ictimai yayımın mahiyyətini kənardan müşahidə edənlərdən dəfələrlə yaxşı bilirlər.
- Hazırkı baş direktor İsmayıl Ömərovla uzun müddət bir yerdə çalışmısınız.
- Bəli, uzun illər bir yerdə işləmişik. Amma mən İctimai Teleradiodakı postumu özümün peşəkarlığıma, çoxillik təcrübəmə görə tutmuşam. Namizədliyə gəlincə isə açığı, gördüm ki, bu mübarizədə İsmayıl Ömərovun qarşısına heç kim çıxmır. İllərdir özlərini televiziya mütəxəssisi, ekspert kimi qələmə verənlər hələ də küncdə-bucaqda dedi-qodu ilə məşğuldurlar. Mən isə fikirləşirəm ki, ən yaxşısı mübarizəyə qatılmaqdır.
- İsmayıl Ömərovun bu iddianızdan xəbəri varmı və bunu necə qarşıladı?
- Təbii ki, məlumatı var və normal qarşıladı. İsmayıl müəllim həmişə qeyd edir ki, sizin sıralarınızda İctimai Teleradioya rəhbərlik edə biləcək şəxslər kifayət qədərdir. Mənim 40 illik televiziya təcrübəm var, əməkdar mədəniyyət işçisiyəm. Dörd ildir İctimai Teleradioda direktor vəzifəsində çalışıram və qəbul olunan qərarlarda mənim də rolum az deyil.
- Bu qərarınız kollektivdə necə qarşılandı?
- Bura spesifik bir institutdur. İctimai Teleradioda çox demokratik bir mühit var. Ona görə də mənim qərarım hər kəs tərəfindən normal qarşılandı. Siz bircə dəfə bizim Direktorlar Şurasının və ya kollektivin ümumi iclasında olsanız, müzakirələri dinləsəniz, görərsiniz ki, qərarlar hansı ciddi mübahisələrdən sonra qəbul olunur. Yenə qeyd edirəm ki, belə bir kollektivdə bu cür addım tam normal qarşılanır.
- Bəziləri düşünə bilər ki, siz əvvəlcədən nəticəni bilə-bilə namizədliyinizi irəli sürmüsünüz.
- Razılaşdırılmış və yaxud da qondarma namizədə ehtiyac yoxdur. Məlumat üçün deyim ki, qanuna görə alternativsiz tək namizəd də ola bilər. Mən mübarizəni loyal müşahidədən üstün tuturam.
- Hazırkı baş direktor yenidən seçiləcəyi təqdirdə İctimai Teleradioda tutduğunuz postla vidalaşma ehtimalınızdan narahat deyilsiniz ki?
- Xeyr, bundan narahat deyiləm. Vaxtilə İsmayıl Ömərova pislik edənlərin, hətta işdən çıxaranların övladları hazırda İctimai Teleradioda çalışır. Ona görə də hesab etmirəm ki, o seçiləcəyi təqdirdə məni işdən uzaqlaşdırsın.
- Özünüzə əsas rəqib kimi görürsünüz?
- Mənim üçün İsmayıl Ömərov ciddi rəqibdir. Bəhruz Məhərrəmov isə gənc jurnalistdir və hər halda əsas mübarizənin İsmayıl Ömərovla mənim aramda gedəcəyini düşünürəm.
Media
“IV Divar” serialı bu gündən etibarən AzTV-də! - VİDEO
MEDİA: “Nexta” kanalı Goranboyda baş vermiş yanğınla bağlı ictimai rəyi çaşdırmağa yönəlmiş məlumat yayıb
Azərbaycanlı jurnalistlər i24NEWS telekanalının redaksiyasını ziyarət ediblər - FOTO
Akko meri Albert Aqarunovun xatirəsinin əbədiləşdirilməsi haqqında sertifikatı qardaşına təqdim edib - FOTO
Xəbər Lenti
Britaniya kəşfiyyatı: Ukrayna müharibəsində 500 minə yaxın Rusiya hərbçisi ölüb
“Fənərbaxça” İsmail Kartalın komandanın baş məşqçisi postunda qaldığını açıqlayıb
Avropa Komissiyası Ukraynaya “Patriot” raketləri və PUA-lar üçün 6,1 milyard avro ayırıb
Rusiyada yol qəzası nəticəsində 12 nəfər ölüb
Misir Prezidenti Yaxın Şərqdə vəziyyətin sabitləşəcəyinə ümid edir
Yəmən ordusu Moha yaxınlığında husilərin mövqelərinə kütləvi hava zərbələri endirir
İsrail Qəzzada HAMAS-ın iki komandirini öldürdüyünü açıqlayıb
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb
Şuşada Meksikanın Müstəqillik Günü qeyd olunub - FOTO - VİDEO
Rusiyanın Dneprə hücumu nəticəsində 12 nəfər yaralanıb
Husilər Səudiyyə Ərəbistanının 9 hərbi təyyarəsini vurduqlarını iddia edirlər
“Sea Breeze 2026”nın ilk oyununda qalib bəlli olub
“Sea Breeze 2026”: Təmsilçimiz turnirə qələbə ilə başladı - YENİLƏNİB
Gürcüstanda vətənə xəyanətdə ittiham olunan müxalifət lideri saxlanılıb
“Neftçi” “İmişli”ni məğlub edib
Səfirlik: ABŞ-ın qlobal terrorizmə qarşı birgə mübarizəsinə verdiyi töhfələrə görə Azərbaycana minnətdarıq
Diplomatik korpusun nümayəndələri Şuşa şəhərində yaşayış komplekslərini ziyarət ediblər - FOTO
Husilər Yəməndə Qırmızı dənizin sahillərini tam nəzarətə götürüblər
Omanda Körfəz ölkələrinin iştirakı ilə regional toplantı keçiriləcək
Xarici diplomatlar Şuşa qala divarlarını ziyarət ediblər - FOTO
Dövlət şirkətlərinin bazardakı rəqabət prisnsiplərinə uyğunluğu qiymətləndiriləcək
Qırmızı qəsəbədə Roş ha-Şana bayramı qeyd olunur - FOTO
İsmail Kartalın istefası qəbul edilib
Xarici diplomatlar Şuşada Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin güllələnmiş büstlərini ziyarət ediblər - FOTO
FHN-in qurumları arasında səmti müəyyənetmə üzrə çempionata yekun vurulub
Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
Xarici diplomatlar Şuşada “Sadıqcanın evi”ni ziyarət ediblər - FOTO
MM komitə sədri: Çox zaman müəllimlər qız uşaqlarına deyir ki, nə üçün oxuyursan, tez ərə getməlisən
Xankəndidə regional məşğulluq ekosisteminin qurulması məsələləri müzakirə olunub
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
M9 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair Milli Fəaliyyət Planı təsdiq edilib
Fərid Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin sədri təyin edilib
TPAO: “Şahdəniz” Türkiyə və Avropanın qaz təhlükəsizliyinə mühüm töhfə verir
Diplomatik korpusun nümayəndələri Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər - FOTO
Xarici diplomatlar Cıdır düzündə olub - VİDEO
Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
Əhalinin yanacaq xərcləri bu il 4%-dən çox artıb
2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib
Baş prokuror Kamran Əliyev Qazaxıstana səfər edib
Xarici diplomatlar Şuşada tikilməkdə olan Yeni Şuşa məscidi ilə tanış olublar - FOTO
Obyekt almaq istəyənlər üçün Bakıda yeni seçimlər – hansı ərazilərdə?
Reabilitasiya mərkəzinin əməkdaşları üçün maarifləndirmə tədbiri keçirilib
2027-cı ilin büdcə zərfi Nazirlər Kabinetinə təqdim olunacaq
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verəcək
Kolleclərin boş qalan yerlərinə qəbulun nəticələri elan olunub
BOTAŞ və SOCAR qaz ticarəti üzrə mövcud sazişlərin müddətini uzatmaq üzərində işləyir
Rezidenturaya boş qalan plan yerlərinə qəbulun nəticələri elan edilib
Lukaşenko: Belarus ordunun döyüş hazırlığını yoxlayacaq