Bank Of Baku

Ombudsman Asif Mərzilinin cəzadan azad edilməsi və ya alternativ cəza növünün tətbiqi tövsiyəsi ilə məhkəməyə müraciət edib

Ombudsman Asif Mərzilinin cəzadan azad edilməsi və ya alternativ cəza növünün tətbiqi tövsiyəsi ilə məhkəməyə müraciət edib
# 09 aprel 2009 10:49 (UTC +04:00)
Bakı – APA. İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanovanın tapşırığına əsasən Ombudsman Aparatının əməkdaşları bir il müddətinə azadlıqdan məhrum edilmiş və hazırda Bayıldakı 1 saylı istintaq təcridxanasında saxlanılan “Təzadlar” qəzetinin baş redaktoru Asif Məmmədovla (Mərzili) görüşüblər. Ombudsman Aparatından APA-ya verilən məlumata görə, baş redaktor saxlanıldığı müddətdə hüquqlarının pozulmasına yol verilmədiyini, şəraitindən, müəssisə əməkdaşlarının rəftarından narazı olmadığını söyləyib. A. Mərzili məhkəmənin ədalətsiz hökm çıxardığını, bununla bağlı yuxarı instansiya məhkəməsinə apellyasiya şikayəti verəcəyini bildirib. O, vəziyyəti ilə maraqlandığına görə müvəkkilə təşəkkürünün çatdırılmasını xahiş edib. E. Süleymanova isə baş redaktorun məsələsinin Azərbaycan qanunvericiliyi və Avropa İnsan Hüquqları Konvensiyasının tələblərinə uyğun həllini nəzarətə götürərək onun cəzadan azad edilməsi və ya alternativ cəza növünün tətbiqi tövsiyəsi ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR