Bank Of Baku

Ötən ay mətbuatda 1967 peşə etikası pozuntusu aşkarlanıb

Ötən ay mətbuatda 1967 peşə etikası pozuntusu aşkarlanıb
# 09 aprel 2009 10:52 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva –APA. Azərbaycan Mətbuat Şurası (MŞ) ABŞ səfirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Mətbuatda peşə etikası norma və qanunlarının gözlənilməsi” layihəsi çərçivəsində monitorinqin mart ayı üçün nəticələrini açıqlayıb. APA-nın məlumatına görə, bu gün keçirdiyi mətbuat konfransında MŞ sədri Əflatun Amaşov bildirib ki, monitorinq nəticəsində ötən ay 1967 peşə etikası pozuntusu aşkarlanıb. Bu isə hər mətbuat orqanına orta hesabla 35 pozuntu düşməsi deməkdir. Ə. Amaşovun sözlərinə görə, monitorinq zamanı daha çox pozuntu halları jurnalistin tərəf kimi çıxış etməsi (350 dəfə), balansın pozulması (324 dəfə), jurnalistin lehinə və əleyhinə təbliğatı (306 dəfə), özgə müəllifin yazılarına istinad edilmədən istifadə (306 dəfə), özgəsinin materialından müəllifi göstərilmədən öz imzası ilə istifadə (304 dəfə), inandırıcı olmayan izaha əsaslanmaqla informasiya mənbəyinə istinad edilməməsi (127 dəfə), işgüzar imicə zərbə vurulması (95 dəfə), faktın təhrifi (33 dəfə), təhqir (33 dəfə), böhtan (26 dəfə) üzrə qeydə alınıb. Bu tipli pozuntuların ümumi sayı 1904-dür və pozuntuların 97 faizini təşkil edir. Ə. Amaşovun sözlərinə görə, ötən ay eyni pozuntunun xarakterik hal aldığı qəzetlər “Səs”, “Olaylar”, “Yeni Müsavat”, “Təzadlar”, “Respublika”, “Reytinq”, “Azadlıq”, “Müasir Müsavat” və “Xural” qəzetləridir. Monitorinq zamanı qəzet və saytlarda “Adın qorunması (şərəf və ləyaqət, şəxsi həyatın toxunulmazlığı)” prinsipinin ümumilikdə 188 dəfə pozulduğu aşkarlanıb. Bu pozuntulardan 120-dən çoxu həftədə 2-3 və bir dəfə nəşr olunan qəzetlərin payına düşür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR