Bank Of Baku

Mətbuat Şurası KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasına namizəd irəli sürərkən öz İdarə Heyətinin üzvlərinə üstünlük verəcək

Mətbuat Şurası KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasına namizəd irəli sürərkən öz İdarə Heyətinin üzvlərinə üstünlük verəcək
# 09 aprel 2009 11:37 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvlüyünə namizədlər Mətbuat Şurası İdarə Heyətinin üzvlərindən təklif olunacaq”. APA-nın məlumatına görə, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib. O bildirib ki, Mətbuat Şurasının son toplantısında qərara alınıb ki, namizədlər irəli sürülərkən İdarə Heyətinin üzvlərinə daha çox üstünlük verilsin. Müşahidə Şurasına namizəd olacaq KİV rəhbərlərini və jurnalist təşkilatlarının rəhbərlərini təqdim etməyin Mətbuat Şurasına həvalə olunduğunu söyləyən Ə. Amaşov 1 yerə 3 namizəd (ümumilikdə 18) göstərəcəklərini açıqlayıb. Hazırda MŞ-nın İdarə Heyətinin 19 üzvü var, onlardan 15-i həqiqi üzv, 4-ü isə ehtiyat üzvlərdir. İdarə Heyətinin üzvləri arasında jurnalist təşkilatlarının rəhbərləri azlıq təşkil etdiyindən, MŞ fondun Müşahidə Şurası üzvlüyünə namizədliyi irəli sürüləcək jurnalist təşkilatlarının rəhbərləri ilə əlavə məsləhətləşmələr aparacaq.

Qeyd edək ki, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurası 9 nəfərdən ibarət olacaq. Qurumun 3 üzvü müvafiq dövlət qurumlarından, 3 üzvü KİV rəhbərlərindən, 3 üzvü isə jurnalist təşkilatlarının rəhbərlərindən ibarət təşkil ediləcək. Müşahidə Şurasına üzvlüyə namizədlərin siyahısı bir ay müddətində ölkə prezidentinə təqdim olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR