Bank Of Baku

Azərbaycan Mətbuat Şurası prezidentə təşəkkür məktubu göndərib

Azərbaycan Mətbuat Şurası prezidentə təşəkkür məktubu göndərib
# 10 aprel 2009 13:56 (UTC +04:00)
Bakı - APA. Azərbaycan Mətbuat Şurası (MŞ) «Təzadlar» qəzetinin baş redaktoru Asif Mərzilinin azadlığa buraxılması ilə bağlı prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb. MŞ-dən APA-ya verilən məlumata görə, məktubda A. Mərzilinin azadlığa buraxılmasına kömək göstərilməsi üçün Şuranın aprelin 8-də dövlət başçısına ünvanladığı müraciətə operativ və həssas münasibət göstərilməsi ölkədə söz, fikir və məlumat azadlıqlarına ciddi yanaşılmasının nümunəsi kimi qiymətləndirilir: “Biz də Sizin məsələyə münasibətinizi ifadə edən açıqlamanızdakı bu fikirlərlə bir daha həmrəyimizi bildiririk ki, jurnalistlərlə bağlı ziddiyyətli məqamlarda problemlərin həlli üçün daha effektiv, beynəlxalq praktikada qəbul olunmuş münasib vasitələr mövcuddur”.

Məktubda hadisənin ziddiyyətli tərəflər üçün bir növ, ibrət götürüləcək dərs olduğu vurğulanır. Qeyd olunur ki, həm sözə, fakta məsuliyyətlə, həm də jurnalistin peşə fəaliyyətinə dözümlü yanaşılmalıdır: “Sizin mövqeyiniz bunu bir daha təsdiqləyən və cəmiyyətə ünvanlanan yeni mesaj oldu. Təbiidir ki, jurnalist həbsindən ölkənin beynəlxalq imicinə zərbə vurmaq istəyən qüvvələrin sui-istifadə cəhdlərinin qarşısına da sipər çəkildi”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR