Bank Of Baku

İTV-nin yeni baş direktoru aprelin 16-da seçiləcək

İTV-nin yeni baş direktoru aprelin 16-da seçiləcək
# 14 aprel 2009 16:17 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) baş direktoru aprelin 16-da saat 12.00-da Milli Televiziya və Radio Şurasında (MTRŞ) seçiləcək. Bu barədə APA-ya İctimai Televiziya və Radio Yayımları Şurasının sədri Cahangir Məmmədli bildirib. Onun sözlərinə görə, bu gün İTV-nin baş direktoru vəzifəsini tutmaq üçün elan edilən müsabiqəyə sənədlərini təqdim edən İTV-nin səlahiyyət müddəti başa çatmış baş direktoru İsmayıl Ömərov , ATV-nin xəbər redaktoru Bəhruz Məhərrəmov, İTV-də fəaliyyət göstərən “Carçı” telefilmin direktoru Azad Məmmədovla Yayım Şurasının üzvlərinin görüşü keçirilib: “Namizədlərin hər birinə onların xarakterini, peşə bacarıqlarını, İTV-də nəyi dəyişmək istədiklərini müəyyənləşdirmək, İTV-nin idealları, prinsipləri ilə bağlı suallar verildi. Çox səmimi söhbət oldu. Görüşün sonunda Bəhruz Məhərrəmov öz namizədliyini geri götürdü. Beləliklə də İTV-nin baş direktorunu seçmək üçün cəmi iki iştirakçı – İsmayıl Ömərov və Azad Məmmədov qalıb”. Qeyd edək ki, İTV-nin baş direktorunu seçmək üçün İctimai Televiziya və Radio Yayımları Şurasının elan etdiyi müsabiqə martın 31-dən aprelin 7-dək davam edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR