Bank Of Baku

İsmayıl Ömərov yenidən İTV-nin baş direktoru seçilib

İsmayıl Ömərov yenidən İTV-nin baş direktoru seçilib
# 16 aprel 2009 09:33 (UTC +04:00)
APA-nın xəbərinə görə, MTRŞ sədri Nuşirəvan Məhərrəmlinin də qatıldığı iclasda İTV baş direktorunun seçilməsi məsələsinə baxılıb. Gizli səsvermə nəticəsində İsmayıl Ömərov yenidən İTV-nin baş direktoru seçilib. Yayım Şurasının 9 üzvü onun lehinə səs verib.
Qeyd edək ki, İTV-nin baş direktoru vəzifəsi uğrunda İsmayıl Ömərovla yanaşı,
İTV-də fəaliyyət göstərən “Carçı” telefilmin direktoru Azad Məmmədov mübarizə aparıb. Bu posta ATV-nin xəbər redaktoru Bəhruz Məhərrəmov namizədliyini irəli sürsə də, sonradan namizədliyini geri götürüb.
Xatırladaq ki, İTV-nin baş direktorunu seçmək üçün İTV Yayım Şurasının elan etdiyi müsabiqə martın 31-dən aprelin 7-dək aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR