Bank Of Baku

MTRŞ sədri telekanallarda intiharlarla bağlı xəbərlərin verilməsindən narahatdır

MTRŞ sədri telekanallarda intiharlarla bağlı xəbərlərin verilməsindən narahatdır
# 16 aprel 2009 11:04 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Milli Televiziya və Radio Şurası ölkədə fəaliyyət göstərən telekanalların monitorinqini davam etdirir. APA-nın məlumatına görə, şuranın sədri Nuşirəvən Məhərrəmli bildirib ki, monitorinq zamanı bəzi nöqsanlar aşkarlanıb: “Qanun pozuntularının aradan qaldırılması üçün tədbirlər görürük. Bu tədbirlər isə birbaşa tövsiyə xarakterli olur. Mövcud qanunvericiliyə görə şuranın telekanalların proqram siyasətinə, yaradıcılıq işlərinə, kadr işlərinə qarışmaq hüququ yoxdur. Televiziyalar özəl qurumlardır, fəaliyyətlərini öz Nizamnamələrinə uyğun qururlar. Biz, sadəcə, qanunvericilikdə onların üzərində qoyulan tələblərə nəzarət edirik”.

N. Məhərrəmli “ATV İnternational” telekanalının kadr problemlərinin həllində ehtiyac yaranacağı halda, dövlət tərəfindən lazım olan dəstəyin göstəriləcəyini qeyd edib.

Şura sədri, həmçinin, son vaxtlar intiharlarla bağlı telekanallarda mütəmadi olaraq xəbərlərin yayımlanmasına da münasibət bildirib: “Bunun qarşısını almaq lazımdır. Telekanal sahibləri bu cür məsələlərə ehtiyatlı yanaşmalı, bu məsələləri qabartmamalı, insanların şüurlarına yeritməməlidirlər. Lakin bizim şura olaraq buna müdaxilə etmək səlahiyyətimiz yoxdur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR