Bank Of Baku

Torpaqlarından didərgin düşən jurnalistlərin problemləri müzakirə edilib

Torpaqlarından didərgin düşən jurnalistlərin problemləri müzakirə edilib
# 21 aprel 2009 13:04 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bu gün bir qrup qaçqın və məcburi köçkün jurnalist Beynəlxalq Avrasiya Mətbuat Fondunda (BAMF) Ermənistanın işğalçılıq siyasəti nəticəsində torpaqlarından didərgin düşmüş jurnalistlərin problemlərini müzakirə ediblər. APA-nın məlumatına görə, tədbirdə çıxış edən BAMF-ın sədri, Azərbaycan Mətbuat Şurasının sədr müavini Umud Rəhimoğlu bildirib ki, rəhbərlik etdiyi qurum Qaçqınlar və Sığınacaq Axtaranlar üzrə Avropa Şurası (ECRE) ilə yaxından əməkdaşlıq edir: “Uzun illərdir ki, fond dünyada nüfuz sahibi olan bir çox beynəlxalq qurumlarla yaxından əməkdaşlıq edir. Bu istiqamətdə bizim təşkilatın böyük təcrübəsi mövcuddur. Mən istəyirəm ki, bu təcrübədən və beynəlxalq əlaqələrimizdən yararlanaraq qaçqın və məcburi köçkün jurnalistlərin bir çox problemlərinin həllinə, o cümlədən işğal altında olan torpaqlarımızın azad olunması istiqamətində aparılan işlərə öz töhfəmizi verək”.
U. Rəhimoğlu bu təbəqədən olan jurnalistləri fəal olmağa çağırıb. Onun sözlərinə görə, yerli və beynəlxalq tədbirlərdə qaçqın və məcburi köçkünlərin problemlərini məhz sözügedən jurnalistlər daha yaxşı ifadə edə bilər: “Çünki bu dərdləri sizdən yaxşı heç kim bilmir. Ermənistanın törətdiyi vəhşilikləri, hər bir qaçqının və ya məcburi köçkünün yaşadığı faciəni siz də qələmə almayıb, bəs kim alacaq? Bütün bunlar qarşımızda duran əsas məsələdir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR