Bank Of Baku

Erməni əsilli Azərbaycan vətəndaşı “Xural” qəzetini məhkəməyə verib

Erməni əsilli Azərbaycan vətəndaşı “Xural” qəzetini məhkəməyə verib
# 23 aprel 2009 13:54 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Erməni əsilli Azərbaycan vətəndaşı “Xural” qəzetini məhkəməyə verib. Bu barədə APA-ya “Xural” qəzetindən məlumat verilib. Məlumatda bildirilir ki, “Xural” qəzeti bir neçə aydır Bakıda yaşayan ermənilərin gizli əməllərini ifşa etmək istiqamətində araşdırmalara başlayıb. Bu araşdırmalardan biri də erməni əsilli Azərbaycan vətəndaşı İrina Danielyan ilə bağlı olub. Məlumatda İ. Danielyan erməni olmasına baxmayaraq milliyyətini və adını saxta sənədlərlə 1990-cı ilin yanvar ayında dəyişdirdiyi bildirilir.
İ. Danielyanlı isə öz növbəsində ona qarşı səslənən bu fikirlərə etiraz olaraq “Xural” qəzetini məhkəməyə verib. Artıq Nərimanov rayon Məhkəməsi İ. Danielyanlının iddiasını qəbul edib. Aprelin 24-də Nərimanov rayon Məhkəməsində hakim Sevinc Əliyevanın sədrliyi ilə sözügedən iddia üzrə məhkəmə prosesi başlayacaq.
Məsələyə münasibətini bildirən “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı isə Azərbaycanda hər hansı bir millətin yaşamasına etiraz etmədiklərini, lakin ölkəmizdə yaşayan bütün millətlərin Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini, milli dəyərlərini qəbul etməli, ərazi bütövlüyümüzə zərbə vuranlara qarşı barışmazlığı sərgiləməli olduqlarını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR