Bank Of Baku

Almatıda VIII Avrasiya Media Forumu keçirilir

Almatıda VIII Avrasiya Media Forumu keçirilir
# 24 aprel 2009 08:45 (UTC +04:00)
Almatı. Ləman Ağayeva-APA. Almatıda VIII Avrasiya Media Forumu keçirilir. APA-nın məlumatına görə, sabah başa çatacaq tədbirdə dünyanın 40-dən artıq ölkəsindən gəlmiş nümayəndələr iştirak edir. Foruma Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Nuriyev də qatılıb. Tədbirdə Qazaxıstanın dövlət katibi Kanat Saudabayev dövlət başçısı Nursultan Nazarbayevin forum iştirakçılarına təbrikini oxuyub. Təşkilat Komitəsinin sədri Dariqa Nazarbayeva tədbirdə çıxış edərək, iştirakçılara uğurlar arzulayıb. Tədbirdə ümumdünya iqtisadi böhranı, müasir jurnalistikanın obyektiv problemləri, Cənubi Osetiya münaqişəsi, Qəzza bölgəsində münaqişənin işıqlandırılması məsələləri, İraq və Əfqanıstanda vəziyyət və bir sıra digər məsələlər müzakirə olunub. Elxan Nuriyev dünya maliyyə böhranı ilə bağlı müzakirələrdə çıxış edərək bildirib ki, Azərbaycan iqtisadiyyatı inkişaf edir və böhranın ölkə iqtisadiyyatına təsirinin minimuma endirilməsi üçün konkret tədbirlər həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR