Bank Of Baku

Mətbuat Şurasına daha 7 üzv qəbul olunub

Mətbuat Şurasına daha 7 üzv qəbul olunub
# 24 aprel 2009 16:17 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bu gün Azərbaycan Mətbuat Şurası (MŞ) İdarə Heyətinin (İH) iclası keçirilib. APA-nın məlumatına görə, İH MŞ-ya üzvlüyə qəbul üçün təqdim edilən müraciətləri araşdırıb. Müzakirələrdən sonra «Səs» İnformasiya Agentliyi, «Fineko» Analitik və İnformasiya Agentliyi, «Ölkə», «Futbol dünyası», «Bütöv Azərbaycan», «İsmayıllı xəbərləri» və Qazaxın «Göyəzən» qəzetləri MŞ sıralarına qəbul edilib. Şuranın nizamnamə tələblərini pozduğuna, sorğularına cavab vermədiyinə görə «Qərb xəbərləri» (Şəmkir) qəzeti MŞ sıralarından xaric olunub. İH Şuranın «reket» jurnalistikaya qarşı mübarizə komissiyasına bu nəşrlə bağlı əlavə araşdırmalar aparıb nəticəsini təqdim etməyi tapşırıb.

İclasda şuranın Şikayətlər üzrə Komissiyasının rəyləri əsasında 8 qərar çıxarılıb. İH «reket» jurnalistikaya qarşı mübarizə komissiyasının təqdim etdiyi siyahını da nəzərdən keçirərək MŞ-nin yeni «qara siyahı»sını müəyyənləşdirib. Sənəd təsdiqlənib və ictimaiyyətə çatdırılması məqsədilə Şura Katibliyinə müvafiq təlimatlar verilib.
İH Şikayətlər üzrə Komissiyanın rəyinə əsasən, daha 19 nəşrin «reket» elan olunması ilə bağlı rəyinin təsdiqlənməsi, həmçinin əvvəlki siyahıda yer alan nəşrlərin də adları əlavə olunmaqla həmin sənədin ictimaiyyətə açıqlanması barədə qərar qəbul edib.
Tədbirdə «Mühakimə» və «Təzadlar» qəzetində etik prinsiplərə əməl olunması ilə bağlı da müzakirələr aparılıb. İH adıçəkilən ilk nəşrin fəaliyyətində kifayət qədər peşə prinsiplərinin pozulması hallarının mövcudluğunu əsas götürərək Şikayətlər üzrə Komissiyaya mövcud faktlarla bağlı rəy hazırlamağı tapşırıb.

«Təzadlar» qəzinə gəldikdə, MŞ-nin bu nəşrlə bağlı çıxardığı qərarlar, Şuranın monitorinqinin yalnız 2009-cu ilin mart ayı üzrə nəticələri, xüsusən etik prinsiplərin kobud surətdə pozulduğu 6 yazının təhlili və digər amillər nəşrin baş redaktor Asif Mərzilinin nəzərinə çatdırılıb. «Təzadlar» qəzetinin məsələlərə yanaşma metodunda dəyişikliklər etməsisinin vacibliyi vurğulanıb, nəşrə MŞ adından xəbərdarlıq məktubunun ünvanlanması qərara alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR