Qazaxıstanda keçirilən Avrasiya Media Forumu başa çatıb

Qazaxıstanda keçirilən Avrasiya Media Forumu başa çatıb
# 25 aprel 2009 08:29 (UTC +04:00)
Almatı. Ləman Ağayeva - APA. Aprelin 24-də Qazaxıstanın Almatı şəhərində keçirilən 8-ci Avrasiya Media Forumu başa çatıb. APA-nın Qazaxıstandakı müxbirinin məlumatına görə, forumda dünyanın 40-dən artıq ölkəsindən 450-yə yaxın tanınmış siyasətçi, aparıcı KİV rəhbəri, politoloqlar, o cümlədən Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Nuriyev iştirak edib. Forumda iki gün ərzində “ABŞ-ın yeni hökuməti: İlkin nəticələr, ümid və proqnozlar”,”Media məkanının virtuallaşdırılması: ənənəvi mətbuatda böhran”, “Dünya iqtisadi böhranı: mif və reallıq”, “Gələcəyin “yeni kapitalizm”i axtarışında və ya kapitalizmin uğursuzluğu - islahatlar vaxtı”, “Müasir jurnalistikanın obyektiv problemləri”, “Cənubi Osetiya münaqişəsi və KİV-də onun şərhi - reallıqla görüntü arasındakı uyğunsuzluq”, “Qəzzada münaqişənin işıqlandırılması xüsusiyyətləri”, “Vahid dünya valyutası” mövzularında müzakirələr aparılıb. Toplantıda Dağlıq Qarabağ münaqişəsinin həlli yollarına da toxunularaq qeyd edilib ki, Rusiyanın iştirakı olmadan münaqişənin həlli çətindir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR