Bank Of Baku

Mətbuat Şurasında jurnalist Sona Bağırovanın anım mərasimi keçirilib - FOTO

Mətbuat Şurasında jurnalist Sona Bağırovanın anım mərasimi keçirilib - <font color=red>FOTO</font>
# 30 aprel 2009 13:08 (UTC +04:00)
Bakı-APA. Bu gün Azərbaycan Mətbuat Şurasında (MŞ) jurnalist Sona Bağırovanın anadan olmasının 80 illik yubileyi qeyd edilib. APA-nın xəbərinə görə, MŞ sədri Əflatun Amaşov tədbiri açaraq bildirib ki, toplantı Şuranın görkəmli jurnalistlərin xatirələrinin anımı istiqamətində reallaşdırmağa başladığı silsilə mərasimlərdən ikincisidir. Sonra mərhumun uzun müddət çalışdığı «Azərbaycan gəncləri» qəzetinin müxtəlif illərdə redaktoru olmuş Cəmil Əlibəyov, Yusif Kərimov, həmçinin onunla birgə işləmiş Əlirza Balayev, Şəmsiyyə Kərimova, Hafiz Hüseynxanlı, yaxından tanıyanlar Teyyub Qurban, Tahir Aydınoğlu, Zakir Abbas, MŞ sədrinin müavini Umud Rəhimoğlu və başqaları S. Bağırovanın həyat və yaradıcılıq yoluna nəzər salıblar.
Qeyd edək ki, S. Bağırova 1929-cu mayın 1-də Bakıda anadan olub. 1952-ci ildə Bakı Dövlət Universitetini bitirdikdən sonra həyatının 40 ilini «Azərbaycan gəncləri» qəzeti ilə bağlayıb. Burada o, ədəbi işçi, şöbə müdiri vəzifələrində çalışıb. Ötən əsrin 90-cı illərində «Açıq söz», «Bakı post» qəzetlərinin əməkdaşı olub. Azərbaycanın əməkdar jurnalisti adına layiq görülüb. Həmçinin media sahəsindəki fəaliyyətinə görə çoxsaylı mükafatlarla təltif olunub. 2001-ci il mayın 10-da dünyasını dəyişib.
Tədbirin sonunda iştirakçılara S. Bağırovanın 2002-ci ildə «Elm və həyat» Nəşriyyatında çapdan çıxmış «Pozulmaz izlər» kitabı təqdim olunub. Mərhumun qızı Sevda Xanbutayeva analarının xatirələrinə göstərilən diqqətə görə mərasim iştirakçılarına təşəkkür edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR