Bank Of Baku

Azərbaycan Mətbuat Şurasında 3 may - Ümumdünya Mətbuat Azadlığı Günü münasibəti ilə dəyirmi masa keçirilib

Azərbaycan Mətbuat Şurasında 3 may -  Ümumdünya Mətbuat Azadlığı Günü münasibəti ilə dəyirmi masa keçirilib
# 01 may 2009 11:43 (UTC +04:00)
APA-nın məlumatına görə, tədbirdə çıxış edən MŞ sədri Əflatun Amaşov bildirib ki, Ümumdünya Mətbuat Azadlığı Günü 1993-cü ildən qeyd olunur. Bu gün bütün dünyada senzuranın yolverilməzliyi, həbsdə olan jurnalistlərin azad olunması, təzyiqlərə məruz qalan jurnalistlərə qarşı bu hərəkətləri edənlərin cəzalandırılması ilə bağlı müzakirələr aparılır. MŞ sədrinin sözlərinə görə, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması barədə qərarın verilməsi ilə Azərbaycan mətbuatının iqtisadi cəhətdən möhkəmləndirilməsinə başlanılıb. Onun sözlərinə görə, jurnalistlərin informasiya almasını asanlaşdırmaq üçün bu ayın 20-də Prezident Aparatının dəstəyi ilə KİV və mətbuat xidmətlərinin rəhbərləri üçün toplantı keçiriləcək.

“Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev isə bildirib ki, jurnalistlər və dövlət orqanları arasında problemləri həll etmək üçün Mətbuat Şurasının ekspert qrupu konsepsiya hazırlayaraq Prezident Aparatına təqdim edib: “Bu təkliflərin həyata keçirilməsini gözləyirik. Əgər bu təkliflər qəbul olunsa, jurnalistlərin informasiya əldə etmək imkanları təmin olunacaq”.

APA” İnformasiya Agentliyinin baş direktoru Vüsalə Mahirqızı isə bildirib ki, jurnalistlərin birinci mənbədən informasiya alması hələ də problem olaraq qalır: “Ötən dövrdən bəri bu problemin həllində irəliləyişlər olub. Xüsusilə Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyevin mətbuat xidmətinin rəhbərləri və baş redaktorlarla birgə görüşündən sonra bu problemlə bağlı son dərəcə böyük dönüş oldu. Xüsusilə hüquq-mühafizə orqanlarının mətbuat xidmətlərinin işində bu dönüş hiss olundu. Ancaq son dövrlər yenidən jurnalistlərin birinci mənbədən informasiya almasında çətinlik hiss olunur. Dövlət qurumları özlərinə lazım olan informasiyanı, mətbuat isə cəmiyyətə lazım olan informasiyanı əldə etməyə çalışır. Bu məsələdə hələ də dövlət qurumları ilə ortaq məxrəcə gələ bilmirik. Söhbət rəsmi məsələlərə rəsmi mövqelərin bildirilməsindən, ölkədə və mediada şayiə texnologiyalarının qarşısının alınmasından gedir”.

ABŞ səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Terri Devidson isə bildirib ki, təmsil etdiyi dövlət Azərbaycanda mətbuatın vəziyyətini diqqətlə izləyir: “Demokratiya üçün ən vacib amil azad mətbuatdır. İstəyimiz odur ki, mətbuat orqanları biznes modeli kimi fəaliyyət göstərsin və bu model uğur qazansın. Əks halda azad mətbuatın heç bir önəmi olmayacaq”. T. Devidson hökumət-mətbuat əlaqələrindən narahatlığını da ifadə edib: “Çalışmaq lazımdır ki, mətbuatın hökumətdən, beynəlxalq donorlardan və siyasi partiyalardan asılılığı azalsın və mətbuat orqanları müstəqil qurum kimi fəaliyyət göstərsin”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR