Bank Of Baku

ABŞ səfiri Azərbaycan jurnalistlərini təbrik edib

ABŞ səfiri Azərbaycan jurnalistlərini təbrik edib
# 01 may 2009 13:32 (UTC +04:00)
Bakı – APA. ABŞ-ın Azərbaycandakı səfiri Ann Dersi Azərbaycan jurnalistlərini 3 may - Beynəlxalq Mətbuat Azadlığı Günü münasibətilə təbrik edib. ABŞ səfirliyinin ictimaiyyətlə əlaqələr departamentindən APA-ya verilən məlumata görə, A. Dersi Azərbaycanın keçid dövrünü yaşayan ölkə olduğunu bildirib: “Azad və müstəqil mətbuat Sovet İttifaqına xas xüsusiyyət deyildi və müstəqilliyini yeni qazanmış respublikalarda olduğu kimi, Azərbaycanda da əsas demokratik institutları möhkəmləndirmək xeyli vaxt aparır. ABŞ hökümətinin hər zaman bəyan etdiyi və insan haqları üzrə hesabatında qeyd etdiyi kimi, media azadlığı uzun müddət Azərbaycanda - digər postsovet ölkələrində olduğu kimi - əsas narahatlıq doğuran sahə olub. Lakin vəziyyət durğun deyil. Yaxşılığa doğru dəyişiklik var. Amma daha çox dəyişikliyə ehtiyac duyulur. Müstəqil mətbuat Azərbaycanın demokratiya yolundakı tərəqqisini daha çox gücləndirə bilər. Başa düşürəm ki, bu, bir günə görüləsi iş deyil, Azərbaycanın demokratiyası və müstəqil gələcəyi naminə bir prosesdir. Mən 3 may - Beynəlxalq Mətbuat Azadlığı Günü münasibətilə Azərbaycan jurnalistlərini cəsarətli və əhəmiyyətli işlərinə görə təbrik edirəm. Xüsusilə yeni nəslin nümayəndəsi olan jurnalistlərə Azərbaycanın güclü demokratik dövlət kimi inkişafına dəstək işində böyük uğurlar diləyirəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR