Bank Of Baku

“Ümumdünya Mətbuat Azadlığı Günü və Azərbaycanda KİV-in vəziyyəti” mövzusunda dəyirmi masa keçirilib

“Ümumdünya Mətbuat Azadlığı Günü və Azərbaycanda KİV-in vəziyyəti” mövzusunda dəyirmi masa keçirilib
# 02 may 2009 11:21 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Bu gün Azərbaycan Jurnalistlər Birliyinin təşkilatçılığı ilə “Ümumdünya Mətbuat Azadlığı Günü və Azərbaycanda KİV-in vəziyyəti” mövzusunda dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, tədbirdə bildirilib ki, 2007-ci illə müqayisədə 2008-ci ildə az jurnalist həbs olunub. Hazırda 3 jurnalist həbsdədir.

Mətbuat Şurası dünən həmin jurnalistlərin azadlığa buraxılması üçün ölkə prezidentinə müraciət etmək məqsədilə toplantı keçirib. Yaxın vaxtlarda bu məqsədlə prezidentə müraciət edilməsi və genişmiqyaslı imza toplama kampaniyasının keçirilməsi nəzərdə tutulur.

Dəyirmi Masa iştirakçıları KİV-lərin aprelin 30-da Azərbaycan Neft Akademiyasında baş vermiş terror hadisəsini işıqlandırılmasına da münasibət bildiriblər. Onlar qeyd ediblər ki, bu hadisə barədə radio və televiziyalar məlumatı gec açıqlayıb. Bir çox KİV isə hadisənin işıqlandırılması üçün yalnız rəsmi dövlət orqanlarının məlumatını gözləyib və həmin məlumatı açıqlamaqla kifayətlənib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR