Bank Of Baku

Koreyanın Azərbaycandakı səfiri İTV-də olub

Koreyanın Azərbaycandakı səfiri İTV-də olub
# 04 may 2009 16:12 (UTC +04:00)
Bakı-APA. Cənubi Koreya Respublikasının Azərbaycandakı səfiri Lü Kvanq Çol İctimai Televiziya və Radio Yayımları Şirkətində (İTV) olub. İTV-nin ictimaiyyətlə əlaqələr və monitorinq şöbəsindən APA-ya verilən məlumata görə, baş direktor İsmayıl Ömərovla görüşən qonaq səfirliklə teleradio arasındakı əlaqələrin daha da genişləndirilməsi istiqamətində müzakirə aparıb. Lü Kvanq Çol bildirib ki, ölkələr arasındakı mədəni münasibətlərin daha da yaxınlaşması baxımından İTV ilə həyata keçirilən əməkdaşlıq böyük əhəmiyyət kəsb edir. Qonaq həmçinin qeyd edib ki, əməkdaşliğ çərçivəsində sənədli və bədii filmlərin, iqtisadi, maarifçilik, musiqili və əyləncəli, qadınlarla bağlı proqramların, eləcə də auditoriya tərəfindən maraqla qarşılanacaq digər efir məhsullarının mübadiləsinə yardım etməyə hazırdır.
Səfirliklə İTV arasındakı əlaqələri yüksək qiymətləndirən İ.Ömərov həyata keçirilən əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Görüşdən sonra səfir Lü Kvanq Çol İTV-nin yeni tikilən korpusu və studiyaları ilə tanış olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR