Bank Of Baku

Azərbaycan Milli Televiziya və Radio Şurasının sədri Estoniyaya gedəcək

Azərbaycan Milli Televiziya və Radio Şurasının sədri Estoniyaya gedəcək
# 05 may 2009 14:48 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli mayın 7-8-də televiziya və radio yayımı üzrə Avropanın nüfuzlu "EPRA" (European Platform of Regulatory Authorities - Avropa Şurasına üzv dövlətlərin televiziya və radio yayımı üzrə tənzimləyici qurumlarının beynəlxalq təşkilatı) təşkilatının Tallin şəhərində keçiriləcək 29-cu görüşündə iştirak etmək üçün Estoniyaya səfər edəcək. MTRŞ-dan APA-ya verilən məlumata görə, "EPRA" təşkilatı 1995-ci ildə Maltada yaradılıb. Təşkilatın yaradılmasında məqsəd teleradio yayımı sahəsində tənzimləyici orqanlar arasında əməkdaşlığın genişləndirilməsi, qeyri-rəsmi müzakirələrin və fikir mübadiləsinin həyata keçirilməsi, milli və Avropa teleradio yayımının tənzimlənməsinin ümumi problemləri barədə məlumat mübadiləsinin aparılması, teleradio yayımının tənzimlənməsinin hüquqi problemlərinin praktiki həllinin müzakirə edilməsi və bu sahəyə aid olan müxtəlif mövzuların geniş müzakirəsi üçün açıq platformanın təmin edilməsindən ibarətdir. Hazırda 42 Avropa dövlətindən 51 tənzimləyici orqan "EPRA" təşkilatının üzvüdür. MTRŞ isə 2007-ci ilin oktyabrın 24-dən "EPRA"da təmsil olunur. .
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR