Bank Of Baku

Praqada MDB-dən olan jurnalistlər üçün “Şərq tərəfdaşlığı” proqramına həsr olunmuş seminar keçirilir

Praqada MDB-dən olan jurnalistlər üçün “Şərq tərəfdaşlığı” proqramına həsr olunmuş seminar keçirilir
# 06 may 2009 14:08 (UTC +04:00)
Praqa. Laçın Sultanova - APA. Bu gün Praqada Müstəqil Dövlətlər Birliyinin (MDB) 7 ölkəsindən olan jurnalistlər üçün “Şərq tərəfdaşlığı” proqramına həsr olunmuş 3 günlük seminar başlayıb. APA-nın seminarda iştirak edən əməkdaşının məlumatına görə, Avropa İttifaqının (Aİ) “Journalizm Network” təşkilatının təşkil etdiyi tədbirə Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Belarus, Moldova və Rusiyadan olan jurnalistlər qatılıb. Tədbirin məqsədi Aİ ilə bağlı məsələlərin işıqlandırılmasında keyfiyyəti artırmaq, jurnalistika standartlarını yüksəltmək və jurnalist şəbəkəsini yaratmaqdır. Çıxış edən ekspertlər bildiriblər ki, Praqada sabah qəbul ediləcək “Şərq tərəfdaşlığı” proqramının məqsədi Aİ-nı genişləndirmək deyil, məqsəd həmin ölkələrdə demokratiya, iqtisadi, hüquqi və digər sferaları Avropa standartlarına yaxınlaşdırmaqdır. O da qeyd edilib ki, “Şərq tərəfdaşlığı” proqramı hakimiyyətləri deyil, cəmiyyətləri dəstəkləyir.

Bu məqsədlə gələn il üçün ayrılması nəzərdə tutulan 600 milyon avronun həmin iş üçün dənizdə bir damla olduğu da qeyd edilib. Vətəndaş cəmiyyətlərinin inkişafının vacibliyindən danışan tədbir iştirakçıları bəzi ölkələrdə onların fəaliyyəti üçün vəsait ayrılmamasını, xaricdən vəsait alınmasına isə qadağa qoyulmasını tənqid ediblər. Bildirilib ki, “Şərq tərəfdaşlığı” proqramının şərtlərindən biri də jurnalistlərin həbsdən azad olunmasıdır.

Seminarda, həmçinin, “Şərq tərəfdaşlığı”na qoşulacaq bəzi ölkələrin ərazisində münaqişələrin mövcud olduğunu qeyd edilib. Bildirilib ki, aktual olan Cənubi Osetiya, Abxaziya, Dağlıq Qarabağ və Dnestryanı münaqişələri ilə yanaşı, Acarıstran məsələsi də oyana bilər. Bundan başqa, Krımda münaqişənin qızışdırıldığı da diqqətə çatdırılıb.

Sonra ekspertlər jurnalistlərin suallarını cavablandırıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR