Bank Of Baku

Azərbaycan Mətbuat Şurası «reket» nəşrlərin siyahısını ölkənin bütün bölgələrinə yayacaq

Azərbaycan Mətbuat Şurası «reket» nəşrlərin siyahısını ölkənin bütün bölgələrinə yayacaq
# 07 may 2009 14:07 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. ““Reket” qəzetlərin siyahısı “Azərbaycan” nəşriyyatında xüsusi tərtibatda 5 min nüsxə olmaqla çap edilib. Sənədin paytaxtda, eləcə də ölkənin bütün bölgələrində yayılması təmin olunajaq”. Bunu APA-ya açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, “Reket” jurnalistikaya qarşı mübarizə komissiyasının sədri Vüqar Rəhimzadə deyib. V. Rəhimzadə MŞ-nin “reket” qəzetlərin müəyyənləşdirilməsi ilə bağlı fəaliyyətini davam etdirdiyini vurğulayıb. Onun sözlərinə görə, rəhbəri olduğu komissiya müraciətləri və toplanmış digər materialları araşdırmaqdadır: “Yaxın bir-iki ay ərzində “qara siyahı”ya əlavələrin edilməsi mümkün olacaq. Mətbuatda 71 “reket” nəşrin adı yayılıb. Bunu olduqca əhəmiyyətli tədbir hesab edirəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR