Bank Of Baku

Beynəlxalq Mətbuat İnstitutunun rəhbəri Bakıya gəlir

Beynəlxalq Mətbuat İnstitutunun rəhbəri Bakıya gəlir
# 08 may 2009 10:30 (UTC +04:00)
Bakı – APA. Beynəlxalq Mətbuat İnstitutunun (BMİ) sədri Ceyn Virkkunen və qurumun direktoru Devid Dedc mayın 10-da Azərbaycana gələcəklər. Bu barədə APA-ya Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri, BMİ-nin Azərbaycan Milli Komitəsinin rəhbəri Umud Rəhimoğlu məlumat verib. O bildirib ki, səfərdə əsas məqsəd BMİ-nin 2010-cu ildə nəzərdə tutulan Dünya Konqresinin və 59-cu Baş Assambleyasının toplantısının Bakıda keçirilməsi ilə bağlı yekun müzakirə aparmaqdır: “Biz hələ iki il öncə Beynəlxalq Mətbuat İnstitutunun növbəti Dünya Konqresinin və Baş Assambleyasının toplantısının Bakıda keçirilməsi təklifi ilə çıxış etmişdik. Bu, çox ciddi tədbirdir və öz prosedur qaydaları var. Bu müddət ərzində Beynəlxalq Mətbuat İnstitutunun rəhbərləri bizim təklifi müzakirə edirdilər. İndi onlar konkret addım atmaq üçün Azərbaycana gəlirlər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR